Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Linqvokulturologiyada “heyvan” konsepti ayrıca bir anlayışın mental göstəricisi olub, ətrafında ev heyvanları – inək, öküz, qoyun, buzov, quzu, it, keçi, köpək, keçi, dıbır, təkə, camış, balax, sığır və s., vəhşi heyvanlar – tülkü, çaqqal, canavar, qurd, pələng, şir, dovşan, aslan, maral, ceyran, cüyür, ilan və s. kimi leksik vahidləri cəmləşdirə bilir və belə cəmləşdirmə anlayışın konseptuallaşdırılması deməkdir. Anlayışın konsept edilməsi beyində biliklər sisteminin dil və mədəniyyətin möhkəm məna əlaqəsi zəminində leksik-semantik bazasını yaradır. Poeziyada “heyvan” konsepti ilə bağlı anlayış və dəyərlərin linqvokulturoloji istiqamətdə mahiyyətinin, strukturunun, mental əlamətlərinin, metaforikləşmə xüsusiyyətlərinin hər tərəfli və sistemli şəkildə öyrənilməməsi təəssüf doğuran prioritet problemlərdən olub, onun təsəvvürdə yaratdığı qənaət şəkillərinin koqnitiv tədqiqini də aktuallaşdırır ki, məqalədə bu məsələlərdən danışılır.</jats:p>

Show More

Keywords

anlayışın heyvan konsepti mental olub

Related Articles