Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Birlik və həmrəyliyin, qarşılıqlı münasibətlərin güclü şəkildə təzahür etdiyi ailə insan cəmiyyətində mərkəzi yer tutur və bu mövzu müxtəlif folklor nümunələrində öz əksini tapır. Ailə cəmiyyətin əsas struktur vahidlərindən biri kimi atalar sözlərinin diqqəti cəlb edən mövzularındandır. Atalar sözləri bir xalqın mövcudluğunu təsdiq edən dil-təfəkkür faktlarıdır. Ailə dəyərlərinə həsr olunmuş atalar sözləri kollektiv müdrikliyi, mənəvi dəyərlər sistemini, sosial normaları və əxlaqi göstərişləri əks etdirir. Müəyyən bir təcrübə və mənəvi dəyərlər nəticəsində hər bir cəmiyyətin özünəməxsus quruluşuna və istifadə etdiyi dilin leksik vahidlərinə uyğun şəkildə formalaşır. Onlar aid olduğu cəmiyyəti bütün yönləri ilə təqdim edərək xalqın nitq və təfəkkür mədəniyyətini ortaya qoyur. Məqalədə ailə mövzusunda atalar sözlərinin linqvistik xüsusiyyətləri (semantik, qrammatik, üslubi və praqmatik aspektlər baxımından) təhlil olunur. Azərbaycan xalqının atalar sözlərindən nümunələr əsasında, onların sosial, mədəni və dil strukturlarına təsiri göstərilir.</jats:p>

Show More

Keywords

atalar ailə şəkildə etdiyi cəmiyyətin

Related Articles