Back to Search View Original Cite This Article

Abstract

<jats:p>XXI əsrin geosiyasi çağırışları, qlobal aləmdə baş verən siyasi transformasiyalar fonunda millətin formalaşması və milli kimlik məsələləri həm akademik tədqiqatlarda, həm də ictimai fikirdə hələ aktuallığını itirmir. Dünyanın müxtəlif tədqiqat mərkəzlərində, elmi ədəbiyyatda bu mürəkkəb problemin həllinə müxtəlif yanaşmalar mövcuddur. Və adıçəkilən məsələ müxtəlif aspektlərdən müzakirə edilir. Müasir türk xalqları kifayət qədər uzun tarixi inkişaf yolu keçmişdir. Tarixin müxtəlif dövrlərdə türk xalqlarının formalaşmasında siyasi, sosial-iqtisadi, mədəni və s. amillər mühüm rol oynamışlar. Bu gün siyasi arenada diqqət çəkən mühüm məsələlərdən biri də türk dövlətlərinin qloballaşma və geosiyasi qeyri-sabitlik şərtləri altında həm öz aralarında, həm ümumi qlobal məkanda inteqrasiyadır. 2009-cu ildə Naxçıvan Sazişi ilə dörd ölkə tərəfindən Türk Dövlətləri Təşkilatının (o zamankı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı ilə) adlı beynəlxalq əməkdaşlıq mexanizmi yaradılmışdır. 23 maddədən və 7 səhifədən ibarət Naxçıvan Sazişi Şuranın məqsəd və vəzifələrini, strukturunu, təşkili formasını, daxili və xarici əməkdaşlıq şərtlərini müəyyənləşdirmişdir. Naxçıvan Sazişi Təşkilatın əsas və təsis sənədi kimi bu günə qədər gəlib çatmışdır. Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının himayəsi altında yaradılmış Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası zaman keçdikcə Özbəkistanın tamhüquqlu, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının, isə müşahidəçi üzv olması ilə genişlənmişdir. Bu gün o, özünün beş tam üzvü və üç müşahidəçi üzvü ilə dünya siyasi arenasında mühüm mövqe tutur, həmçinin qlobal inteqrasiya proseslərində əhəmiyyətli təsir gücünə malikdir. Türk Dövlətləri Təşkilatı yarandığı ilk dövründə regional əhəmiyyət kəsb etsə də, sonrakı illərdə bu əməkdaşlığın əhatə dairəsi xeyli genişlənmiş və qlobal səviyyədə nüfuz və söz sahibinə çevrilmişdir. Material və metodlar: Məqalədə Türk Dövlətləri Təşkilatının simasında türk dövlətlərinin günümüzdə dünya siyasətinə, qlobal və regional inteqrasiya, transregionalizm proseslərinə göstərdikləri təsir gücü və bəxş etdikləri taleyüklü innovativ yeniliklər elmi-analitik təhlilə cəlb edilmişdir.</jats:p>

Show More

Keywords

türk qlobal siyasi həm müxtəlif

Related Articles