Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Bank sistemi, iqtisadiyyatın və maliyyə sektorunun əsas dayaq nöqtələrindən biri olaraq, ticarətin və iqtisadi fəaliyyətin inkişafında əhəmiyyətli rol oynayır. Bankların ilkin formaları qədim dövrlərdə mövcud olmuşdur, lakin müasir bank sistemi əsasən orta əsrlərdən başlayaraq formalaşmağa başlamışdır. Bu dövrdə Avropa ölkələrində ticarət bankları yaranmış və kapital toplama vasitələri inkişaf etdirilmişdir. Bank sisteminin təkamülü xüsusilə sənaye inqilabı dövründə sürətlənmiş və iqtisadiyyatın genişlənməsi, maliyyə ehtiyaclarının artması ilə əlaqədar daha da strukturlaşmışdır. Bankların əsas funksiyaları arasında depozitlərin qəbul edilməsi, kreditlərin verilməsi, ödəmə vasitələrinin yaradılması və maliyyə bazarlarında fəaliyyət göstərmək kimi xidmətlər dayanır. Bank sistemi həmçinin mərkəzi banklar tərəfindən tənzimlənir, bu da maliyyə sabitliyinin təmin edilməsi və inflyasiyanın qarşısının alınması məqsədi daşıyır. Azərbaycanın müstəqillik qazandıqdan sonra bank sistemi də keçid dövrü yaşamış və bu çərçivədə hüquqi, institusional və struktur islahatlar həyata keçirilmişdir. Müstəqillik illərində Azərbaycanın bank sektoru inkişaf etmiş və beynəlxalq maliyyə sisteminə inteqrasiya etməyə başlamışdır. Ölkədəki bank sisteminin inkişafı həm daxili iqtisadiyyatın sabitliyinə, həm də beynəlxalq iqtisadi münasibətlərdəki mövqeyinə təsir göstərmişdir. Son dövrlərdə, Azərbaycanın bank sistemi rəqəmsallaşma, fintex texnologiyaları və risklərin idarə olunması kimi sahələrdə yeniliklərlə üzləşməkdədir. Bu yeniliklər bankların daha səmərəli fəaliyyət göstərməsinə və müştərilərə daha keyfiyyətli xidmətlər təqdim etməsinə imkan yaradır. Beləliklə, bank sisteminin formalaşması və təkamülü dövrün iqtisadi və siyasi proseslərinə uyğun şəkildə inkişaf etmiş, maliyyə bazarlarının dərinləşməsi ilə paralel olaraq genişlənmişdir. Bankların fəaliyyəti iqtisadiyyatın bütün sahələrinə təsir göstərmiş və iqtisadi artımın təmin olunmasında mühüm rol oynamışdır.</jats:p>

Show More

Keywords

bank maliyyə sistemi iqtisadiyyatın iqtisadi

Related Articles

PORE

About

Connect