Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə kənd təsərrüfatında innovasiya siyasətinin nəzəri əsasları, dövlət dəstəyi mexanizmləri və onların aqrar sektorun inkişafına təsiri tədqiq olunmuşdur. Tədqiqatda aqrar sahədə innovativ texnologiyaların tətbiqi, dövlətin innovasiya siyasətində rolu və innovasiya ekosisteminin formalaşdırılması məsələləri nəzəri baxımdan təhlil edilmişdir. Mövzunun aktuallığı kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması, resurslardan səmərəli istifadə və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması zərurəti ilə bağlıdır. Rəqəmsal texnologiyaların, süni intellektin və innovativ idarəetmə sistemlərinin sürətli inkişafı aqrar sektorda yeni yanaşmaların tətbiqini zəruri etmişdir. Tədqiqat zamanı innovasiya sistemi nəzəriyyəsi, institusional iqtisadiyyat və dövlət tənzimlənməsi yanaşmaları əsasında dövlət dəstəyi modelləri araşdırılmışdır. Müəyyən edilmişdir ki, subsidiyalar, güzəştli kreditlər, vergi təşviqləri, aqrar sığorta, elmi-tədqiqat infrastrukturu və rəqəmsal platformaların inkişafı innovativ fəaliyyətin genişlənməsinə mühüm təsir göstərir. Eyni zamanda innovasiyaların tətbiqinə mane olan sosial-iqtisadi və institusional baryerlər təhlil edilmişdir. Araşdırma nəticəsində aqrar sektorda rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovasiya yönümlü dövlət siyasətinin gücləndirilməsi, elmi biliklərin istehsalata transferinin genişləndirilməsi və innovasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə təkliflər irəli sürülmüşdür. Nəticədə müəyyən edilmişdir ki, effektiv dövlət dəstəyi və innovasiya siyasəti kənd təsərrüfatının modernləşdirilməsi, məhsuldarlığın artırılması və dayanıqlı inkişafın təmin olunmasının əsas şərtlərindən biridir.</jats:p>

Show More

Keywords

innovasiya dövlət aqrar edilmişdir kənd

Related Articles

PORE

About

Connect