Abstract
<jats:p>Bu məqalədə psevdoqaynar lay və onun hidrodinamik xüsusiyyətləri araşdırılmışdır və sənayedə vacib roluna baxılmışdır.Qaynar laylı aparatların mexanizminə,tətbiqinə nəzər yetirilmişdir.Bu mövzu ilə bağlı aparılmış tədqiqatlar müasir xarakterli olub,çox dərin tarixə malik deyildir.Hal-hazırda sənayedə bir çox proseslərdə tətbiqi öz əksini tapmışdır.Psevdoqaynar lay-bərk hissəciklər yuxarıya doğru qaz axınına (adətən hava) və ya qaz və maye qarışığına məruz qaldıqda yaranır ki, bunun nəticəsində bərk hissəciklər asılı vəziyyətdə olur.Bu asılı formaya keçərək onlar dinamik maye xüsusiyyətlərinə malik olur..Belə bir təbəqədə hissəciklər axınla müxtəlif istiqamətlər üzrə intensiv hərəkətə keçir və bütün təbəqə qaynar mayeni xatırladır. Son 12 illikdə kimya və digər sənaye sahələrində qazların psevdoqaynayan təbəqədə yerləşən incə və bərk hissəciklər ilə qarşılıqlı təsirindən əhəmiyyətli şəkildə istifadə edilməklə mühim proseslər əldə olunmuşdur.Psevdoqaynar laydan əsasən dənəvər materialların daşınmasında, yanma prosesslərində,istilik mübadiləsi prosesslərində,adsorbsiya və katalitik proseslərdə və s.istifadə olunur.Qaynar laylarda proseslərin belə geniş yayılması onların üstünlükləri ilə əlaqəlidir.Məqalədə yuxarı axın rejiminə keçid zamanı qaz sürətinin artması nəticəsində laydakı hidrodinamik şəraitin dəyişilməsi və yeni faza rejiminin yaranmasına baxılmışdır.Psevdoqaynar layın hidrodinamikası,layın bircinsliyi,bərk hissəciklərin aqreqasiyası,Arximed,Reynolds kriteriyaları və digər parametrləri nəzərdən keçirilmişdir. Açar sözlər: bircinslik, psevdoqaynar lay, qaynar lay, dənəvər material, hidrodinamika, Reynolds, Arximed, kriteriya.</jats:p>