Abstract
<jats:p>Şimali Abşeron qalxım zonasında MQ çöküntüləri Miosen dövrünə aid qatlarla qarşılıqlı əlaqədə olan bucaq uyğunsuzluğu şəraitində transqressiv yerləşim göstərir. Bu çöküntülərin üst hissəsində ciddi yuyulma prosesi baş verdiyi üçün qalınlıqda kəskin dəyişikliklər müşahidə olunur. Həmin sahədə Məhsuldar qat, alt və üst bölmələri ilə təmsil olunur. Şimali Abşeron qalxım zonasındakı Məhsuldar qat kəsilişində alt bölmənin Qala, Qırmǝkialtı, Qırməki, Qırməkiüstü qumlu və Qırməkiüstü gilli layları, üst bölmənin isə Balaxanı, Sabunçu və Suraxanı lay dəstələri yer alır. Bu zonada 26 struktur aşkar edilmişdir: Sumqayıt-dəniz, Qoşadaş, Ağburun-dəniz, Qərbi Abşeron, Abşeron küpəsi, Şimali Abşeron, Şərqi Abşeron, Nardaran-dəniz, Novxanı-dəniz (Naxçıvani), Xəzri, Gilavar, Arzu, Qətl günü, Vüsal, Sevinc, Dan Ulduzu, Aypara, Gənclik, Əşrəfi, Qələbə, Zirvə, Həmdəm, Qarabağ, Gündüz, Üfüq, Vurğun kimi antiklinallar təyin olunmuşdur. Abşeron arxipelaqının ŞQ və yerindən qalxımların tağ hissələrində Miosen çöküntüləri, Pontqarşısı fasilə nəticəsində əhəmiyyətli dərəcədə yuyulduqdan sonra Pontun gilli çöküntüləri ilə örtülmüşlər. Bu çöküntülər Pliosenqarşısı yuyulmadan Ağburun-dəniz qalxımında qorunub saxlanılsa da, Şimali Abşeron qalxımlar zonasının digər qalxımlarında tamamilə yuyulmuş və Miosen çöküntüləri daha çox yuyulmaya məruz qalmışlar. Açar sözlər: Şimali Abşeron, struktur, qalxım, çöküntülər, pliosen yuyulma.</jats:p>