Abstract
<jats:p>Uzun müddət insanlar üçün əsas enerji resursları neft, kömür və təbii qaz idi. Dünyanın müxtəlif regionlarında toplanan qalıq yanacaq ehtiyatları, istehlakçı ölkələrin iqtisadiyyatına fərqli təsir göstərir. Sənaye dövründə neft və təbii qaz istehlakının makroiqtisadi göstəricilərə təsirinə böyük diqqət yetirildiyi bildirilir. Bundan əlavə, bu resursların istehlakı digər bərpa olunmayan enerji mənbələri ilə müqayisədə bir sıra üstünlüklər verir. Covid-19-un neft və qaz tələbatına vurduğu zərər, Çindən kənarda pandemiya Avropa və ABŞ-a yayıldığı və daha çox ölkə ciddi karantin tədbirlər gördüyü üçün mart ayında aydın oldu. Tələbin bu cür azalması Asiya və Avropada təbii qaz qiymətini son illərdə ən aşağı səviyyəyə endirmişdir. Bu məqalə COVİD-2019 pandemiyanın 2020-ci ilində dünya ölkələrin neft və qaz istehlakına aid verilənlərin təhlilinə həsr olunub. Bu məqsədlə K-means klasterləşdirmə üsulundan istifadə edilir ki, istehlak səviyyəsi ilə fərqlənən ölkələr qrupları (klasterlər) aşkarlansın. Əldə edilən klasterlərin təhlili aparılır. Açar sözlər: qaz istehlakı, neft istehlakı, K-means++, Covid-19, karantin tədbirləri.</jats:p>