Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Dövlətin struktur siyasəti iqtisadiyyatın quruluşunu dəyişdirərək daha səmərəli, dayanıqlı və rəqabətədavamlı bir sistem yaratmağı hədəfləyən tədbirlər toplusudur. Bu siyasət uzunmüddətli iqtisadi artım və sabitliyin təmin edilməsinə yönəlib. İqtisadiyyatın dayanıqlı böyüməsini və effektivliyini artırmaq məqsədilə onun strukturunu modernləşdirməyə yönəlmiş dövlət siyasətidir.. Buraya qiymətlərin tənzimlənməsi, dövlət maliyyəsinin idarə olunması, dövlət müəssisələrinin səmərəliliyinin artırılması, maliyyə sektorunun inkişafı, sosial müdafiə proqramlarının optimallaşdırılması və əmək bazarının təkmilləşdirilməsi kimi sahələr daxildir. Azərbaycanda isə iqtisadiyyatın mövcud strukturu bazar iqtisadiyyatının tələblərinə uyğun deyil və yeni strukturun formalaşdırılması vacibdir. Struktur siyasəti, xüsusilə post-sovet ölkələrində, iqtisadi effektivliyi artırmaq, bazar tələblərinə cavab verən quruluş yaratmaq və əhalinin rifahını yüksəltmək üçün vacib hesab olunur. Bu siyasət milli bazarın inkişafı, təkrar istehsalın dəstəklənməsi və beynəlxalq əmək bölgüsündə iştirak imkanlarının genişləndirilməsini də əhatə edir. Araşdırmanın əsasında mövcud məlumatlar,analiz və təhlil üçün toplanmış məlumatlar dayanır. Açar sözlər: İdarəetmənin effektivliyi, İqtisadi inkişaf, Sosial sahənin gücləndirilməsi Əsas sahələr və tətbiq istiqamətləri, Struktur və Stabilizasiya Siyasətləri arasındakı əlaqə,Struktur siyasətin əsas aspekleri,məqsədləri</jats:p>

Show More

Keywords

struktur dövlət siyasəti iqtisadiyyatın dayanıqlı

Related Articles