Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Son illər iqlim dəyişilmələrinin fəsadlarının daha çox hiss olunmağa başlaması ilə əlaqədar təbii fəlakətlərin miqyası durmadan artır. Belə fəlakətlər sırasında milyonlarla manat dövlətə ziyan vuran, insanların həyatına son qoyan hadisələrdən biri və ən təhlükəlisi meşə yanğınlarıdır. Meşə yanğınlarının baş verdiyi meşə massivini təşkil edən bitki örtüyünün tipindən asılı olaraq kol, meşə-kol, meşə, yarım-səhra-çöl, meşə-çöl, çöl, torf və digər yanğınlara ayırmaq olar. Meşələrdə alışmanın baş verməsi baxımından onların fiziki xüsusiyyətlərinə, yanan materialların mövcudluğuna, hava şəraitinə təsirindən asılı olaraq təsnifatlandırırlar. Meşə yanğınlarının ətraf mühitə, bitkilərə və yaxınlıqdakı yaşayış məntəqələrinə mənfi təsirləri böyükdür. Lakin ən böyük təsiri bitki örtüyünün, nadir və endemik bitkilərin, cavan ağac pöhrələrinin tamamilə məhv olmasına səbəb olur. Ekosistemlərdə baş verən meşə yanğınları nəticəsində ərazidə gələcəkdə ekoloji böhranların meydana gəlməsini qaçılmaz edir. Meşə yanğınları probleminin həlli bir sıra təşkilati və texniki məsələlərin həlli ilə əlaqədardır. Bu ilk növbədə meşə yanğınlarının baş verməsi və yayılması üzrə xəbərdarlığın edilməsinə yönəldilmiş yanğına qarşı profilaktik tədbirlərin aparılmasıdır. Meşə yanğınları həmçinin meşə zolağının qırıldığı yerlərdə asan alışmaya meylli ot örtüyünün alışmasından, ot, kol basmış yollar isə tez alışan ağaclarla zəngin meşə massivlərində yanğın dəhlizi rolunu oynaya bilər. Məsələn, Asiyanın bir sıra ölkələrində yanğınların əsas baş vermə səbəbləri meşə massivlərinin qırılması, torpaqların yandırılması və müxtəlif hərbi əməliyyatların aparılması ilə bağlı olur. Məhz buna görə də, mövcud müasir müşahidə texnologiyaları əsasında və riyazi modelləşdirmənin tətbiqi ilə yanğınların inkişaf istiqamətini proqnozlaşdırmaq mümkündür. Riyazi modelin tətbiqinin əsasında modelə daxil olunacaq parametrlərin dəqiq müəyyən olunması durur. Açar sözlər: yanğın, proqnoz, sanitar təmizləmə, rütubətlənmə səviyyəsi, ziyan.</jats:p>

Show More

Keywords

meşə baş ilə yanğınlarının örtüyünün

Related Articles