Abstract
<jats:p>Məqalədə kompleks təsirə malik FMEA-1 korroziya inhibitorunun “Neft Daşları” NQÇİ-nin 2 saylı NQÇS-nin 1645 saylı sulaşmış istismar quyusundan götürülmüş lay suyunda H2S korroziyasından və mikrobioloji korroziyadan mühafizəsi öyrənilmişdir.Eyni zamanda lay sularının kimyəvi və mikrobioloji analizləri aparılmış,suyun tipi və korroziyanın sürəti müəyyənləşdirilmişdir.Belə ki, mikrobioloji analizin nəticəsinə əsasən, sulfatreduksiyaedici bakteriyaların miqdarı 106 hüc/ml, dəmir bakteriyalarının miqdarı – 107 hüc/ml, karbohidrogenoksidləşdirici bakteriyaların miqdarı – 107 hüc/ml olduğu müəyyən olunmuşdur. Bu mühitdə bir sutkalıq sınaq müddəti ərzində korroziyanın xətti sürəti 1,4498 q/m2st aralığında təşkil edir. Polad nümunələrin vizual qiymətləndirilməsi nəticəsində müəyyən olunmuşdur ki, metal nümunələrin üzərində çoxlu sayda korroziya ləkələri müşahidə olunmuşdur. Kimyəvi və mikrobioloji xassələri təyin olunmuş lay suyunda FMEA-1 inhibitor-bakterisidinin müxtəlif qatılıqlarda (50,100,150,200,250,300,350 mq/l) mühafizə effekti öyrənilmişdir. Reagentin maksimim mühafizə effekti isə 300-350mq/l qatılığ intervalında olmuşdur. Belə ki, bu qatılığlarda reagentin H2S korroziyasından mühafizə effekti 79% və bütün növ bakteriaların isə tamamilə məhv olduğu müəyyənləşdirilmişdir. Bu reagent üçün optimal qatılığ isə 300mq/l olaraq qəbul edilmişdir. Açar sözlər: Çoxfunksiyalı inhibitor, hidrogen sulfid, korroziya, korroziya aqressivliyi, korroziyaya sürəti, sulfat reduksiyaedici bakteriyaların, karbohidrogen oksidləşdirici bakteriyalar</jats:p>