Abstract
<jats:p>Ultrasəs görüntüləmə müasir tibbdə vacib bir diaqnostik vasitədir və əldə edilən görüntülərin keyfiyyəti və dəqiqliyi bir sıra amillərdən, o cümlədən dinamik diapazon seçimlərindən asılıdır. Dinamik diapazon, ultrasəs görüntüləməsində, toxumalardan alınan əks-sədaların amplitudalarının arasındakı fərqi ifadə edir. Dinamik diapazon peşəkar ultrasəs cihazlarında bir nəzarət funksiyasıdır və sensor tərəfindən aşkarlanan ən güclü və ən zəif eko siqnalları arasındakı amplituda (güclü) aralığını nəzərdə tutur. Ultrasəs sensorunun dinamik diapazonu, həm çox güclü, spesular əks olunmalarını, həm də toxuma içərisindəki tekstura ilə bağlı çox zəif, səpələnmiş əks olunmaları aşkar etmək üçün geniş (tipik olaraq 60 dB) olmalıdır. Monitorun dinamik diapazonu - ultrasəs mütəxəssisinə təqdim edə biləcəyi amplituda aralığı - isə daha kiçikdir (tipik olaraq 20 dB). Buna görə də, alınan bütün məlumatların dolğun şəkildə nümayiş etdirilməsi üçün ultrasəs cihazı, 60 dB diapazondakı əks olunmaları yalnız 20 dB-ə sıxışdırmalıdır (Hoskin, Martin & Thrush, 2010). Bu, qeyri-xətti gücləndirmə vasitəsilə, yəni zəif əks olunmaları daha güclü olanlarla müqayisədə artırmaq mümkündür. Həmçinin dinamik diapazon seçimlərindən əlavə, ultasəs dalğalarının müxtəlif mühitlərdə yayılma sürətlərini bilmək də önəmli amildir. Daha yaxşı görüntü keyfiyyətinin alınması, səs-küyün azaldılması və müxtəlif toxumalar üçün optimallaşdırma, düzgün diaqnoz və effektiv klinik nəticələr üçün vacibdir. Bu texnologiyanın potensialından maksimum yararlanmaq üçün ultrasəs mütəxəssislərinin bu seçimləri düzgün başa düşməsi və təlim alması olduqca önəmlidir. Açar sözlər: Dinamik diapazon, avtomatik tənzimləmə, ultrasəs, görüntü keyfiyyəti.</jats:p>