Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Təqdim olunan məqalədə əsas məqsəd neft, lay suyu və digər tullantılarla çirklənmiş ərazidə ekspozisiya doza gücünün təyini, çirklənmiş torpaqların və qrunt suyu nümunələrində radionuklid tərkibinin analizi üçün torpaq, radioaktiv elementlərlə çirklənmiş torpaqlardan nümunələrin götürülməsi əsasında radioekoloji tədqiqatların aparılması və nəticələrə əsasən belə ərazilərdə insan sağlamlığı üçün təhlükəli ərazilərin aşkarlanmasıdır. Həmçinin bu tədqiqatların aparılması məqsədilə tədqiqat nöqtələri Azərbaycanda neftlə uzun zamanlar çirklənməyə məruz qalmış ərazilər seçilmiş, bu ərazilərin ilk növbədə geoloji quruluşu təhlil olunmuş, radioaktiv çirklənmənin səbəbləri araşdırılmışdır. Tədqiqatın aparılması məqsədilə Abşeron yarımadasında seçilən nöqtələrdən həm torpaq, həm də lay suyu nümunələri götürülmüşdür. Lay suyunda radioaktiv maddələrin tədqiqi məqsədilə seçilən quyuların dərinliyi 400-800 m arasında seçilmişdir. Mövcud tədqiqat materiallarına əsaslanaraq dəqiq demək olar ki, yer səthində yayılan təbii radionuklidlərlə ərazidə yayılan kimyəvi birləşmələr arasında sıx əlaqə vardır və ərazinin geoloji, hidrogeoloji xüsusiyyətlərində asılı olaraq yeraltı sularda müvafiq radionuklilər müşahidə olunur. Buna misal olaraq yeraltı sularda uranın müşahidə olunması bir sıra amillərdən asılıdır, belə ki, bu daha çox ərazidə yüksək konsentrasiyalı uran ilə zəngin mineralların geniş yayılması ilə əlaqələndirilə bilər. Tədqiqat ərazisində neftlə birlikdə çıxan və ondan ayrılan lay suları kanallar və borular vasitəsilə süni göllərə axıdılır. Zaman keçdikcə kanal və boruların divarına çökmə və akkumlyasiya prosesləri nəticəsində Ra226, Ra228 izotopları və onların parçalanma məhsulları böyük miqdarda toplanır. Bu fakt isə digər neftçıxarma ərazilərində olduğu ki, tədqiqat ərazisində də, yüksək qamma şüalanma fonu olan ərazilərin yaranmasına gətirib çıxarır. Məlumdur ki, Ra226, Ra228 izotopları yeraltı sularda və xüsusən termal sularda geniş yayılmışdır. Lakin tədqiqat apardığımız ərazidə Ra226, Ra228 izotopları birbaşa neftçıxarma işləri ilə əlaqədardır. Belə ki, ərazidə kifayət qədər ərplə tutulmuş borular və işlədilmiş köhnə avadanlıqlar mövcuddur ki, bunlarda ərazidə radiasiya fonunun yüksəlməsinə səbəb olur. Xüsusən tədqiqat zamanı belə ərazilərdən nümunələr götürülməyə üstünlük verilmişdir. Aparılan tədqiqat işində təkcə yer səthindən götürülən nümunələrlə kifayətlənə bilməzdik. Lay suyunda radionuklidlərin aktivliyi ilə quyunun dərinliyi arasında asılılığın müəyyənləşdirilməsi məqsədilə dərinliyi bir-birinə yaxın olan quyular seçilmiş və onlardan lay suyu nümunəsi götürülmüşdür. Açar sözlər: radioaktiv maddə, köhnə avadanlıq, nümunə, Abşeron yarımadası, izotoplar</jats:p>

Show More

Keywords

tədqiqat ərazidə suyu radioaktiv belə

Related Articles