Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Təqdim olunan məqalə tikinti söküntü tullantılarından, sənayedən tullantı kimi və ya yan məhsul kimi yaranan kərpicdən istifadə etməklə beton nümunələrinin alınmasından bəhs edir. Tullantı kərpic əsasında beton nümunəsi alınmış, bu nümunədə tullantı kərpicin betonun xüsusiyyətlərinə təsiri öyrənilmiş və alınan nəticələr klassik beton nümunəsi ilə müqayisə olunmuşdur. Tullantı kər-pic əsasında alınan beton nümunəsinin quruma müddəti 28 gün tamamlanmış, daha sonra üzərində sı¬naq testləri aparılmışdır. Tullantı kərpic əsasında alınan beton nümunənin sıxlığı metodikaya əsa-sən öyrənilmişdir. Metodikaya əsasən bu nümunənin ağır beton olduğu təyin olunmuşdur. Beton nümunəsinin suyadavamlılığı metodikaya əsasən öyrənilmişdir. İlk 5 dəqiqədə nümunənin çəkisi 4,54% artmışdır. 30 dəqiqədən sonra 7% artmışdır. 24 saat və digər sınaq müddətlərindən sonra heç bir dəyişiklik olmamışdır. Beton nümunələrinin əyilmədə möhkəmlik həddi və sıxılmada möh-kəm¬lik həddi sınaqları aparılmışdır. Alınan nəticələr M500 markalı klassik betonun göstəriciləri ilə mü¬qa¬yisə edilmişdir. Belə ki, kərpic tullantısı istifadə olunan beton nümunəsində əyilmədə möhkəmlik həddi 3,7MPa olduğu halda, 0% kərpic nümunəsi istifadə olunan beton nümunəsində bu göstərici 3,5MPa olmuşdur. 7% kərpic istifadə olunmuş beton nümunəsinin sıxılmada möhkəmlik həddi 20,5MPa olmuşdur. Kərpic tullantısı istifadə olunmayan 0% beton nümunəsində 14,9MPa olmuş¬dur. Açar sözlər: tikinti söküntü tullantıları, tullantı kərpic, təkrar emal, beton nümunələrinin alınması.</jats:p>

Show More

Keywords

beton kərpic tullantı istifadə alınan

Related Articles