Abstract
<jats:p>Məlumdur ki, Abşeronda içməli su probleminin meydana gəlməsinin əsas səbəblərindən biri həmin suyun böyük bir hissəsinin texnoloji proseslərdə istifadə edilməsidir.Respublikada müasir zamanda iqdisadi reformaların keçirilməsi nəticəsində sənaye sürətlə inkişaf edir ki, bu da şirin su probleminin kəskinləşməsinə gətirib çıxarır.Digər tərəfdən şirin su qıtləğı şəraitində yeni müəssisələrin yaradılması çətinləşir. Qeyd etmək lazımdır ki, hal-hazırda şirinləşdirici qurguların çirkab sularının su hövzələrinə atılma şərtləri dəqiq işlənmişdir.Dünya praktikasında tətbiq edilən bir neçə utilizasiya üsulları vardır.Bu və digər üsulun seçilməsi konkret şəraitdən asılıdır. Bu üsullardan biri də suyun reagent və ion-mübadilə üsulu ilə emalıdır. Bu üsulun tərkibində kalsium və sulfat ionlarının miqdarı böyük olduqda proses səmərəli hesab edilir.Kiçik minerallı suların ilkin emalı üçün də bəzi hallarda əvvəlcədən yumşaldılma iqtisadi baxımdan səmərəli olur.Su emalı texnologiyasında ənənəvi olaraq geniş istifadə edilən reagent və yaxud ion-mübadilə üsulları əks-osmos qurğularında da tətbiq edilir. Reagent üsullarından suyun əhənglə emalının tətbiqi CaCO3 çöküntüsünün qarşısını almağa imkan verir.Əhəngləşdirmədən sonra CaCO3 çökdürülür və su bir qədər turşulaşdırılaraq,əks –osmos qurğusuna verilir.Bu üsul xam suyun tərkibində Ca-ionlarının HCO3-ionlarından daha çox olduğu halda səmərəli olur. Məqalə su təchizatı qurğularında yaranan tullantı sularının reagentlər vasitəsilə təmizlənməsi prosesinin öyrənilməsinə həsr olunmuşdur. Açar sözlər: su, mineral, ion, reagent, təmizlənmə.</jats:p>