Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Neft və qaz sənayesi müəssisələrində toz əsasən kimyəvi və bərk maddələrin tətbiqi zamanı tez-tez rast gəlinir və insan sağlamlığı üçün zərərli, bəzən hətta təhlükəli amilə çevrilir. İstehsalatlarda yaranan tozlarla mübarizə üsullarına çox saylı tədqiqat işləri həsr olunmuşdur. Lakin bu tədqiqat işləri belə kifayət qədər deyil. Belə ki, müxtəlif istehsalatlarda fərqli tozlarla mübarizə aparmaq lazım gəlir. İstehsalat tozları əsasən beton qarışığı doldurucularının ələnməsində, xırdalanmasında, səpələnən materialların daşınmasında, torpaqqazan maşınlarla işlədikdə, dağ işlərində və bəzi yardımçı istehsalat müəssisələrində əmələ gəlir. Tozların bir peşə zərəri kimi təhlükəliliyi onların kimyəvi tərkibində və disperslik dərəcəsindən, fiziki-kimyəvi aktivliyindən, həll olmasından, adsorbsiya olmasından və başqa xüsıısiyyətlərindən, eləcə də qatılığından və işçilərin tozlu mühitdə olma müddətindən asılıdır. İstehsalat tozları tərkibinə görə iki sinfə bölünür: üzvi və qeyri-üzvi tozlar. Üzvi tozlara bitki-ağac, qeyri-üzvi tozlara isə mineral tozlar (kvars, sement, asbest, metal tozları və s.) daxildir. Bundan başqa tozlar disperslik dərəcəsinə, fiziki-kimyəvi xassələrinə zəhərliliyinə və partalyıcılıq təhlükəsinə görə müxtəlif olur. Tədqiqatlarda qeyd olunur ki, sakit havada 1,0 mk və ondan böyük olan tozlar tez, 1,0-0,1 mk olan tozlar yavaş-yavaş çökür, 0,1 mk-dan kiçik tozlar isə çökmür. Hərəkətli havada 2 mk-dan kiçik olan tozlar çökmür. Açar sözlər: istehsalat tozları, üzvi tozlar, neft-qaz, bərk maddə, yuyulma.</jats:p>

Show More

Keywords

tozlar tozları olan müəssisələrində əsasən

Related Articles