Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Abşeron yarımadasında neft-qaz yataqlarının çoxilli istismarı nəticəsində ətraf mühitin radionuklid çirklənməsi problemi meydana çıxmışdır. Bu problemin həlli bütün neft hasilatı ölkələri üçün aktual olaraq qalır. Məlumdur ki, Azərbaycan sənayesində, neft və qazın istehsalı və emalı əsas prioritet istiqamətdir. Neft yataqlarının işlənməsi və istismarı, neftin və neft məhsullarının emalı, ətraf mühitin əsas çirkləndiricisi olmasını nəzərə alaraq, Azərbaycanın ekoloji baxımdan ən gərgin rayonu Abşeron yarımadası hesab olunur. Abşeron yarımadasının ərazisinin radioaktiv çirklənməsinin xarakter xüsusiyyəti ondadır ki, çirklənmə təkcə təbii mənşəli radioaktiv izotoplarla deyil, həmçinin texnogen proseslər nəticəsində baş verir. Qeyd etmək lazımdır ki, Abşeron yarımadasının neft hasilatı olan demək olar bütün mədənlərində, yer səthinin neftçıxarma avadanlığının, işçi binalarında radioaktiv çirklənmənin izləri aşkar olunmuşdur. Həmçinin qeyd olunan ərazilərdə və yaxınlıqdakı yaşayış məntəqələrində radonun miqdarında yüksəlmə müşahidə olunur. Ümumilikdə tədqiqat zonası landşaftlarından – torpaq örtüyündən götürülmüş nümunələr əsasında ekspozisiya dozasının gücü ölçülmüşdür və ölçmə aparılmış 631 nöqtədən 36 nöqtədə ekspozisiya dozasının gücü 30 mR/saatdan yüksək olmuşdur. Açar sözlər: landşaft, radionuklid, təbii radionuklid, radon, neft.</jats:p>

Show More

Keywords

neft abşeron radionuklid radioaktiv yataqlarının

Related Articles