Abstract
<jats:p>Ali təhsil müəssisəsində kadrlarla iş keyfiyyətinin artırılması, əməyin azaldılması və səmərəli işin artırılması məqsədilə kadrların uçotu portalının yaradılması və portal üzrə kadrların əmək məcəlləsinə uyğun əmək proseslərinin rəqəmsallaşdırılması şərh edilir. Portalda inzibati, professor-müəllim, köməkçi heyətin qeydiyyatının və kadrların məlumat axtarışının avtomatlaşdırılması məsələlərinə baxılır. Portalda verilənlər bazasının strukturu dinamik olaraq qurulmuşdur. Verilənlər bazası üçün PostgreSQL və istifadəçi interfeysinin qurulması üçün isə PHP veb-proqramlaşdırma dili vasitəsilə dinamik tətbiqlər yaratmağa kömək edən CodeIgniter framework istifadə edilmişdir. Açar sözlər: kadrların uçotu portalı, verilənlər bazası, işçi məlumat axtarışı, əmək məzuniyyəti, istifadəçi interfeysi.</jats:p>