Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Tədqiqat obyekti kimi 34 sortnümunə götürülmüşdür. Tədqiqat elektroforez üsulu ilə aparılmış sortların elektroforeqramının oxunması və yazılması F.A. Poperelyanın modifikasiya olunmuş metoduna əsasasən aparılmışdır. Tədqiqat zamanı (34 ümumi) on yeddi sortnümunədə Gld 1B3, digər on yeddi nümunədə isə GLd 1B1 allell blok komponentləri aşkar olunmuşdur. Son yaradılan sortlarda Gld1B3 blok kom-ponentlərinin getdikcə artdığı müşahidə olunur. GLd 1B1 və GLd 1B3 allel bloklara malik sortların keyfiyyət göstəricilərinin analizi aparılmışdır. Analiz nəticələrindən məlum olmuşdur ki, genotipində GLd 1B3 allel bloklara malik sortların keyfiyyət göstəriciləri, yəni qlüten miqdarı, sedimentasiya göstəricisi, çörəyin həcmi və keyfiyyəti yüksək deyil. GLd 1B1 blok komponentləri daşıyan sortlarda adı çəkilən bütün göstəricilər isə yüksəkdir. Qeyd etmək lazımdır ki, Əkinçilik ETİ-nin seleksiyasına aid olan sortlarında adətən Gld1B3 blokları Gld 1A4 və ya Gld 1A5 blok komponentləri ilə birgədir. Bildiyimiz kimi, seleksiyaçılar seleksiya prosesində bir qayda olaraq elə genotipləri seçməlidirlər ki, onlar yüksək məhsuldar, yüksək zülala malik və bir sıra xəstəlikləri davamlı olsunlar. Bu nöqteyi nəzərdən, bizim sortlarda Gld 1A4 və Gld 1A5 bolklara rast gəlinən sortlardan donor kimi istifadə edilməsi məqqsədəuyğun olardı. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi Gld 1B3 blok kommpo-nentləri ilə Gld 1A4 və Gld 1A5 blok komponentləri daşıyan sortların keyfiyyət göstəriciləri nisbətən daha yüksək nəticələr nümaiş etdirirlər. Açar sözlər: blok komponentlər, genotip, allell, qlüten, gliadin.</jats:p>

Show More

Keywords

blok kimi sortların komponentləri yüksək

Related Articles

PORE

About

Connect