Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Dəniz neft-qaz qurğularının istismar müddəti bir sıra xarici təsir amillərindən xüsusilə iqlim, mexaniki, kimyəvi və korroziya proseslərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu amillər qurğuların konstruktiv elementlərində material yorulması, paslanma və mexaniki deformasiyalara səbəb olur. Dəniz mühitində duzluluğun, temperatur dəyişkənliyinin və dalğa enerjisinin təsiri altında metal səthlərdə korroziya sürəti artır. Güclü küləklər və dalğa yükləri istismar zamanı dinamiki gərginliklər yaradır ki, bu da struktur sabitliyə mənfi təsir göstərir. Ekstremal hava şəraiti və fırtınalar istismar təhlükəsizliyini azaldır və planlaşdırılmış texniki baxışların tezliyini artırır. Kimyəvi təsirlər, xüsusilə xam neftin və qazın tərkibindəki kükürd birləşmələri, avadanlıqların daxili səthlərində korroziya riskini artırır. Bu səbəbdən müasir dəniz qurğularında korroziyadanmühafizə örtükləri və katod mühafizəsi sistemləri geniş tətbiq olunur. İstismar müddətinin uzadılması üçün monitorinq sistemlərinin tətbiqi və mütəmadi texniki təmir işləri vacibdir. Tədqiqatlar göstərir ki, düzgün texnoloji yanaşmalar və mühafizə tədbirləri istismar ömrünü əhəmiyyətli dərəcədə artıra bilər. Beləliklə, xarici təsir amillərinin elmi tədqiqi dəniz neft-qaz sənayesində etibarlılıq və dayanıqlığın təmin olunmasında əsas rol oynayır. Açar sözlər: dəniz neft-qaz qurğuları,xarici təsir amilləri, koroziya və mexaniki gərginlik, istismar müddəti.</jats:p>

Show More

Keywords

dəniz istismar təsir neftqaz mexaniki

Related Articles

PORE

About

Connect