Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Qalıq neft ehtiyatlarının hasilatı müasir neft-qaz sənayesinin ən aktual və mürəkkəb istiqamətlərindən biridir. İlkin və ikinci mərhələ hasilat üsulları tətbiq edildikdən sonra layda qalan neftin çıxarılması həm texnoloji, həm də iqtisadi baxımdan ciddi çətinliklərlə müşayiət olunur. Bu çətinliklər əsasən lay təzyiqinin azalması, süxur və maye xüsusiyyətlərinin qeyri-homogenliyi, yüksək özlülüklü neftin mövcudluğu, su və qaz konuslaşması, həmçinin parafin, asfalten və duz çöküntülərinin əmələ gəlməsi ilə bağlıdır. Bununla yanaşı, ekoloji tələblərin sərtləşməsi və enerji səmərəliliyinin artırılması zərurəti də əlavə məhdudiyyətlər yaradır. Bu problemlərin aradan qaldırılması üçün müxtəlif texnoloji həll üsulları işlənib hazırlanmış və praktikada geniş tətbiq olunur. Onlar arasında ən geniş yayılmış yanaşmalar laylara təsir üsullarıdır ki, bunlara su vurulması, qaz injeksiyası, kimyəvi maddələrin tətbiqi və istilik üsulları daxildir. Su vurulması lay təzyiqinin saxlanılması və neftin quyulara doğru hərəkətinin təmin edilməsi məqsədini daşıyır. Qaz injeksiyası (məsələn, CO₂ və ya təbii qaz) neftin özlülüyünü azaldaraq onun hərəkət qabiliyyətini artırır. Kimyəvi üsullar isə səthi aktiv maddə və polimerlər vasitəsilə neftin çıxarılma effektivliyini yüksəldir. İstilik üsulları, xüsusilə buxar injeksiyası, ağır və yüksək özlülüklü neftin hasilatında mühüm rol oynayır. Bundan əlavə, müasir dövrdə rəqəmsal texnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt, böyük verilənlərin analizi və rəqəmsal yataq modelləşdirilməsi vasitəsilə hasilat proseslərinin optimallaşdırılması mümkün olur. Bu yanaşmalar quyuların iş rejiminin düzgün seçilməsinə, risklərin əvvəlcədən qiymətləndirilməsinə və texnoloji qərarların daha dəqiq verilməsinə şərait yaradır. Qalıq neft ehtiyatlarının çıxarılması sahəsində proqnoz nəticəlar göstərir ki, müxtəlif üsulların kombinasiyası – məsələn, kimyəvi və istilik təsirinin birlikdə tətbiqi - daha yüksək nəticələr verə bilər. Eyni zamanda, ekoloji cəhətdən daha təmiz və enerji baxımından səmərəli texnologiyaların tətbiqi prioritet istiqamət kimi seçilir. Karbon emissiyalarının azaldılması məqsədilə CO₂ - nin laya tətbiqinin genişlənəcəyi və bunun həm hasilatın artırılmasına, həm də karbonun saxlanmasına xidmət edəcəyi gözlənilir. Nəticə etibarilə, qalıq neft ehtiyatlarının səmərəli şəkildə çıxarılması üçün innovativ texnologiyaların tətbiqi, geoloji şəraitin düzgün qiymətləndirilməsi və rəqəmsal idarəetmə sistemlərinin inteqrasiyası əsas şərtlər hesab olunur. Bu sahədə davamlı elmi-tədqiqat işləri və yeni texniki həllərin tətbiqi neft hasilatının effektivliyinin artırmaqla yanaşı, onun ekoloji təsirlərini minimuma endirməyə imkan verə bilər. Açar sözlər: qalıq neft ehtiyatları, lay təzyiqi, su və qazvurma üsulu, termiki və kimyəvi üsul, parafin, asfalten və duz çöküntüləri.</jats:p>

Show More

Keywords

neftin tətbiqi neft qalıq üsulları

Related Articles

PORE

About

Connect