Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə neftemalı qurğularının porşenli kompressorlarında qaz təzyiqinin artırılması imkanları araşdırılmışdır. Kompressorların səmərəliliyinin artırılması texnikanın inkişafının vacib istiqamət-lərindən biridir. Bu məqsədə çatmaq üçün kompressorların texniki göstəricilərinin yaxşılaşdırıl-ması tələb olunur. Bu işdə porşenli kompressorların mövcud konstruksiyalarında qaz təzyiqinin artırılması imkanları öyrənilmişdir. Tədqiqat zamanı porşenli kompressorların iş proseslərinin nəzəri modelləri və riyazi təsvir üsul-larından istifadə edilmişdir. Analitik hesablamalar və kompüter modelləşdirməsi vasitəsilə müxtə-lif parametrlərin kompressorların işinə təsiri qiymətləndirilmişdir. Aparılan tədqiqatlar nəticəsində neftemalı qurğularında istifadə olunan porşenli kompressorların orta temperaturunun dəyişməsini əks etdirən diaqramlar əldə edilmişdir. Məlum olmuşdur ki, orta temperatur qazın sıxılması prosesində 200 °C-dən artıq arta bilər ki, bu da bu tip kompressorların işinin xüsusiyyətidir. Aparılan nəzəri tədqiqatların nəticələri göstərir ki, neftemalı qurğularında ağır istismar şəraitində temperaturun və qaz təzyiqinin dəyişməsi kompressorların işinə əhəmiyyətli təsir göstərir. Müəyyən edilmişdir ki, porşenli kompressorlarda qaz təzyiqi 16 bar səviyyəsinə qədər artırıla bilər. Bu halda kompressorun məhsuldarlığı təxminən 40 % artır. 45 bar təzyiqə çatdıqda isə sıxılma zamanı temperatur 288–300 °C-ə qədər yüksəlir, lakin bu halda kompressorun sıxılma də-rəcəsi 1,4-dən az olmamalıdır. Açar sözlər: porşenli kompressorlar, neftemalı qurğuları, nəzəri modelləşdirmə, iş proseslərinin parametrləri, temperatur, sıxılma prosesi.</jats:p>

Show More

Keywords

kompressorların porşenli neftemalı təzyiqinin artırılması

Related Articles