Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə neft-qaz quyularında istifadə olunan preventorların növləri təhlil edilir, onların texniki xüsusiyyətləri, üstün və zəif cəhətləri araşdırılır. Eyni zamanda müxtəlif istismar şəraitlərində preventorların tədbiqinin effektivliyi müqayisəli şəkildə qiymətləndirilir və təhlükəsizlik baxımından optimal seçim məsələlərinə toxunulur. Məqalədə həmçinin, quyuağzı avadanlıqların əsas təhlükəsiz düyünlərindən biri olan preventorların iş prinsipləri və istismar xüsusiyyətləri müqayisəli şəkildə təhlil edilmişdir. Aparılan analiz nəticəsində universal, plaşkalı və fırlanan (rotating) preventorlarının konstruktiv fərqləri, tətbiq sahələri və texniki üstünlükləri müəyyən olunmuşdur. Universal preventor rezin kipləndirici element hesabına quyunu bağlamağa kömək edir və əsas etibarı ilə, sadə quruluşlu olması, daha ucuz başa gəlməsi və tez istismara uyğunlaşması ilə fərqlənir. Bundan əlavə, boru kəmərinin yuxarı-aşağı hərəkətinə və məhdud fırlanmasına imkan yaradır. Lakin yüksək təzyiq və uzunmüddətli istismar şəraitində onların kipləndirmə etibarlılığı məhdud ola bilər. Plaşkalı preventorlar sərt konstruksiyaya malik olub, yüksək təzyiqli və statik şəraitdə daha etibarlı hermetikləşdirməni təmin edir. Bu tip preventorlar uzunmüddətli istismar üçün yararlı olsa da, konstruksiyasının mürəkkəbliyi və texniki xidmət tələblərinin yüksək olması onların tətbiqini xeyli aşağı salır. Fırlanan preventorlar isə qazma zamanı quyu daxilində boru kəmərinin fırlanmasına imkan yaratsa da qiymət və texniki baxışa görə daha baha başa gəlir. Açar sözlər: preventor, fontan əleyhinə qurğu, lay təzyiqi, dördboğaz, makara, manifold, qəza riski.</jats:p>

Show More

Keywords

texniki istismar preventorların onların daha

Related Articles