Abstract
<jats:p>Məqalədə kəmər başlığında borulararası kipləndirmə mexanizmi öyrənilmişdir. Müasir neft-qaz quyuları mürəkkəb konstruksiyalı tikilidir. Quyu lüləsini təşkil edən boruların yuxarı quyu ağzındakı ucları öz aralarında əlaqələndirilir. Bu əlaqələndirmə işini yerinə yetirən avadanlıq sütun sarğısı və ya kəmər başlığı adlanır. Quyunun tikilmə texnologiyası tələblərinə cavab verən sütun sarğılarında borular arasında sərt-mexaniki və kip-hermetik əlaqə yaradılmalıdır. Kəmər başlıqlarının hamısında bütün bölmələr üzrə paz asqısı, kipləndirmə mexanizmi və sütun sarğısının manifoldları olur. Kəmər başlıqlarında borular arasını kipləşdirmək üçün müxtəlif sistemlər, mexanizmlər tətbiq olunur. Kəmər başlığının tərkibində kanduktor, araqatı və istisimar kəmərlərini əlaqələndirmək üçün qulluq edən, aşağı, aralıq və yuxarı gövdə bölmələri olur. Bu bölmələrin hər birinin uyğun olaraq manifold, kipləndirici qovşaq, paz asqısı və təsbit mexanizmi yığımları olur. Bu yığımların konstruksiyaları oxşardır. Quyunun tkilmə texnologiyası tələblərinə cavab verən sütun sarğılarında borular arasında sərt-mexaniki və kip-hermetik əlaqə yaradılmalıdır. Quyuağzında borular arasında sərt-mexaniki əlaqə yaratmaq üçün müxtəlif növlü konstruksiyalardan istifadə olunur. Bunlardan ən geniş yayılanı pazlı asqılardır. Kəmər başlığı konstruksiyasında kəmərlərin gövdə içərisində asılması paz asqısı mexanizmi vasitəsi ilə yerinə yetirilir. Belə ki, bəzi kəmər başlıqlarında borular arası fəzanın kipliyi rezin manjetlərlə təmin olunur. Bu üsul iki, üç və dörd kəmərli konstruksiyalı quyularda sonuncu borular arası fəzanı kipləşdirmək üçün kifayətdir. Aşağıda yerləşən borular arası fəzanın kipliyi uyğun qoruyucu kəmərlərin dördboğazının üz səthinə qaynaq etməklə təmin olunur. Kiplik qaynaq tikişilə təmin olunduqda, bu sistem aşağıdakı səbəblərə görə o qədər də yaxşı deyil. qazılan quyu şəraitində tələb olunan müxtəlif xüsusiyyətli metalın qaynağı texnoloji cəhətdən çətindir-qaynaq tikişi keyfiyyətsiz alına bilər. Açar sözlər: kəmər başlığı, pazlı asqı, kipləndirmə mexanizmi, quyu lüləsi. </jats:p>