Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Davamlı ekoloji böhran qlobal, milli və sahə səviyyələrində enerji amilinə diqqəti artırmışdır. Bərpa olunan və iqtisadi fəaliyyətdə karbon neytrallığını təmin edən enerji mənbələrinin inkişafına dəstək məsələləri gündəlikdədir. Dövlətin enerji siyasətinin yaşıl inkişaf tələblərinə uyğunlaşdırılması problemlərinin tədqiqi obyektiv zərurətə çevrilmişdir. Məqalədə haqqında danışılan problemlər aqrar sahə timsalında tədqiq olunmuşdur. Tədqiqatın məqsədi aqrar fəaliyyətdə yaşıl enerjiyə keçid proseslərinin səciyyələndirilməsidir. Yeni çağırışların aqrar sahədə enerjidən istifadə səmərəliliyinin yüksəldilməsi baxımından yaratdığı imkanların araşdırılması zərurəti göstərilmişdir. Yaşıl aqrar fəaliyyətin enerji siyasətinin əsas komponentlərində, o cümlədən prioritetlərində nəzərə alınması vəziyyəti araşdırılmış, yaşıl enerjiyə keçidin prioritetləri, prinsipləri və mərhələləri xarakterizə olunmuşdur. Enerji siyasətində struktur amilinin yeri və roluna münasibət bildirilmiş, milli enerji siyasətində yeni çağırışlara uyğun atılan addımlar dəyərləndirilmiş, müvafiq ümumiləşdirmələr aparılmışdır. Açar sözlər: enerji siyasəti, yaşıl enerji, aqrar sahə, struktur, dayanıqlıq, prioritetlər, prinsiplər. JEL: Q42, Q56, Q18, O13; UOT: 620.9:338.43; 502.131.1</jats:p>

Show More

Keywords

enerji yaşıl aqrar sahə milli

Related Articles

PORE

About

Connect