Abstract
<jats:p>Qlobal iqtisadiyyatda baş verən sürətli dəyişikliklər ənənəvi ticarət modellərini rəqəmsal platformalarla əvəz etməkdədir. Müasir dövrdə müəssisələrin rəqabətədavamlı olması və bazar payını qoruyub saxlaması birbaşa onlayn satış strategiyalarının effektivliyindən asılıdır. Təcrübə sübut edir ki, fəaliyyətini yalnız fiziki məkanla məhdudlaşdıran şirkətlər yüksək xərclər və dar coğrafi əhatə problemi ilə üzləşirlər. Digər tərəfdən, biznes proseslərini rəqəmsallaşdıran müəssisələr əməliyyat xərclərini azaldır və müştərilərə daha çevik xidmət göstərirlər. Məsələn, hazırda geyim və elektronika pərakəndə satışında e-ticarət və sosial kommersiya ənənəvi mağaza konseptini üstələyir. Azərbaycanda da bu tendensiya xüsusilə bank, xidmət və iaşə sektorlarında geniş yayılıb. Təqdim edilən məqalədə rəqəmsal transformasiyanın yerli bazardakı təsirləri, strategiyanın tətbiqi mərhələləri və mövcud risklər təhlil edilir. Açar sözlər: onlayn satış strategiyası, rəqəmsal ticarət, rəqabətqabiliyyətlilik, omnikanal marketinq, Azərbaycan bazarı. JEL: L81, O24, Q27; UOT: 338.2:33.9:621.377.6:004.383.3 (479.24)</jats:p>