Abstract
<jats:p>Bu məqalədə mövzumun əsas nüansları Mərkəzi Bankın monetar siyasətinin mahiyyəti və onun inflyasiyanın idarə olunmasında rolu araşdırılır. Məqalədə monetar siyasətin əsas məqsədləri, alətləri və mexanizmləri izah ediləcək, həmçinin Mərkəzi Bankın faiz dərəcələri, açıq bazar əməliyyatları və məcburi ehtiyat normaları vasitəsilə inflyasiyaya necə təsir göstərdiyi təhlil olunacaq. Eyni zamanda inflyasiyanın iqtisadiyyata təsiri və onun nəzarətdə saxlanmasının əhəmiyyəti nəzərdən keçirilir. Məqalədə monetar siyasətin effektivliyinə təsir edən amillərə də toxunulur və inflyasiyanın sabit saxlanmasının iqtisadi sabitlik baxımından əhəmiyyəti və vacibliyi vurğulanır. Araşdırmanın əsas məqsədi Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasətin inflyasiyanın tənzimlənməsindəki rolunu aydın şəkildə göstərməkdir. Bundan əlavə, məqalədə Mərkəzi Bankın hər il həyata keçirdiyi fəaliyyətlər təhlil edilir, monetar siyasət sahəsində baş verən dəyişikliklər və inkişaf tendensiyaları araşdırılır. Araşdırmanın əsas məqsədi illər üzrə Mərkəzi Bankın fəaliyyətində baş verən yenilikləri və bu fəaliyyətlərin inflyasiyanın tənzimlənməsinə təsirini göstərməkdir. İnflyasiyaya təsir imkanlarını artırmaq məqsədilə pul siyasətinin təkmilləşdirilməsi, pul bazarının infrastrukturunun inkişafı və həyata keçirilən monetar siyasətin kommunikasiyasının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir. 1-9 Açar sözlər: monetar siyasət, inflyasiya, Qiymət sabitliyi, faiz dərəcələri, pul bazarı, valyuta məzənnəsi, makroiqtisadi sabitlik, JEL: E5, E58, G32; UOT: 336.71:336.1:336.74</jats:p>