Abstract
<jats:p>Müasir iqtisadi şəraitdə sənaye müəssisələrinin davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması biznes proseslərinin səmərəli idarə olunmasından birbaşa asılıdır. Qlobal rəqabətin güclənməsi və rəqəmsal texnologiyaların sürətli inkişafı müəssisələri ənənəvi idarəetmə üsullarından imtina edərək informasiya sistemlərinə əsaslanan yanaşmalara keçməyə məcbur edir. Bu baxımdan biznes proseslərinin optimallaşdırılmasında informasiya sistemlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Məqalədə informasiya sistemləri əsasında biznes proseslərinin optimallaşdırılmasının nəzəri və praktiki aspektləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi sənaye müəssisəsi nümunəsində informasiya sistemlərinin tətbiqinin biznes proseslərinin icra müddətinə, resurslardan istifadəyə və idarəetmə qərarlarının keyfiyyətinə təsirini təhlil etməkdir. Araşdırma zamanı sistemli yanaşma, müqayisəli təhlil və analitik metodlardan istifadə edilmişdir. Təhlilin nəticələri göstərir ki, informasiya sistemlərinin tətbiqi proseslərin avtomatlaşdırılmasını və inteqrasiyasını təmin etməklə əməliyyat xərclərinin azalmasına, səhvlərin minimuma endirilməsinə və qərar qəbuletmə prosesinin sürətlənməsinə şərait yaradır. Eyni zamanda, məlumatların mərkəzləşdirilmiş və real vaxt rejimində əldə olunması müəssisədaxili idarəetmənin şəffaflığını artırır. Məqalədə əldə olunan nəticələr sənaye müəssisələrində biznes proseslərinin optimallaşdırılması üçün informasiya sistemlərinin tətbiqinin zəruri və effektiv olduğunu təsdiq edir və praktiki tövsiyələrin formalaşdırılmasına əsas yaradır. Açar sözlər: biznes prosesləri, informasiya sistemləri, optimallaşdırma, sənaye müəssisəsi, ERP sistemləri, avtomatlaşdırma, idarəetmə JEL: G14, M15, M21; UOT: 004:005.4</jats:p>