Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Müasir dövrdə sənaye müəssisələri ənənəvi Biznesdən Biznesə marketinq metodlarından rəqəmsal kanallara sürətli şəkildə keçid edir. Bu keçidin əsas səbəbi B2B alıcılarının 80%-ə qədərinin ilkin tədqiqatlarını artıq rəqəmsal mühitdə yəni axtarış saytları, sənaye forumları, LinkedIn kimi peşəkar sosial şəbəkələr aparmasıdır. Sənaye məhsul və xidmətlərinin yüksək dərəcədə mürəkkəblik səviyyəsi B2B mühitində alış qərarlarının daha uzun zaman ərzində formalaşmasına və çoxsaylı qərarvericilərin prosesə cəlb olunmasına səbəb olur ki, bu da rəqəmsal marketinqin fərdiləşdirilmiş, ardıcıl və davamlı təsir göstərməsini zəruri hala gətitir. Bu məqalə, rəqəmsal marketinq strategiyalarının xüsusilə SEO, məzmun marketinqi, hesaba əsaslanan marketinq/ABM kimi sənaye sektorunda fəaliyyət göstərən müəssisələrin müştəri portfelinin keyfiyyətli və kəmiyyətli şəkildə genişləndirilməsinə necə təsir etdiyini elmi əsaslarla araşdırır. Rəqəmsal strategiyalar başlıca olaraq üç əsas istiqamət üzrə mühüm üstünlüklər yaradır: 1. Dəqiq hədəfləmə və effektivlik: Rəqəmsal platformalar şirkətin ölçüsü, sektoru, gəlir səviyyəsi vasitəsilə potensial müştərilərin dəqiq hədəflənməsinə imkan yaradır. Bu dəqiqlik, ənənəvi marketinqlə müqayisədə yeni müştəri əldə etmə xərclərini optimallaşdırır və marketinq resurslarının israfını mümkün qədər minimumlaşdırır. 2. Ekspert imicinin qurulması: Məzmun marketinqi və SEO-nun birləşməsi müəssisənin öz sahəsində ekspert imici olan thought leadership-i yaratmasına şərait yaradır. Bu, etibarlılığı və tanınmanı artıraraq, potensial müştərilərin şirkətin özünü tapması ilə cəlb edilməsinə səbəb olur. 3. Satış dövrünün qısaldılması və keyfiyyətli əlaqə: Hesaba əsaslanan marketinq strategiyası satış və marketinq komandalarının yüksək dəyərli hədəf hesablar üzərində koordinasiyalı və sıx əməkdaşlıq etməsini təmin edir. ABM-in fərdiləşdirilmiş mesajları və e-mail marketinq vasitəsilə həyata keçirilən davamlı qidalandırma (lead nurturing) proqramları uzun B2B satış dövrünü qısaltmaqla yanaşı, müəssisələrə müştərilərlə uzunmüddətli əlaqələr qurmağa və mövcud portfeldə artım potensialını gücləndirməyə şərait yaradır. Nəticələr sənaye müəssisələrinin rəqəmsal marketinqə investisiyasının sadəcə portfelin kəmiyyətini deyil, həm də cəlb edilən müştərilərin strateji dəyərini və konversiya potensialını əhəmiyyətli dərəcədə artırdığını sübut edir. Bu strategiyalar sənaye müəssisələrinin rəqabətədavamlılığını və iqtisadi dayanıqlığını təmin edən fundamental amillərdir. Açar sözlər: Rəqəmsal marketinq, sənaye müəssisəsi, B2B marketinq, müştəri portfeli, SEO, məzmun marketinqi, ABM, müştəri əldə etmə xərci, ekspert imic. JEL: M31, L86; UOT: 004:339.138</jats:p>

Show More

Keywords

marketinq rəqəmsal sənaye müştəri yaradır

Related Articles