Abstract
<jats:p>Müəssisə və iri ticarət obyektlərinin marketinq aləti olaraq istifadə etdikləri üsullardan biri də merçendayzinq fəaliyyətidir. Merçendayzinq məhsulların rəflərdə vizual olaraq yerləşməsinə, reklam kampaniyalarından istifadə edilməsinə, endirimlərin tətbiqinə və insan davranışlarına uyğun satış planının hazırlanmasına qədər bütün fəaliyyət növlərini əhatə edir. O, həmçinin brendləşmə və məhsulların tanınması proseslərini də əhatə edir. Bu səbəbdən müəssisələrin satış həcmlərinə və satış gəlirlərinə ciddi formada təsir edir. Şirkətlərin iqtisadi baxımdan güclənməsinə şərait yaradır. Çünki araşdırmalar göstərir ki, müştərilər alacaqları məhsulların çox hissəsini öncədən düşünmüş olsalar belə, əlavə hansı məhsulu alacağını və hansı brendi seçəcəyini mağazada dəqiqləşdirir. Buna səbəb atmosfer, rənglər, musiqi, qoxu, işıqlandırma, həmçinin vizual olaraq gözə oxşayan görüntüdə olan məhsullardır. Bu da satışın artmasına səbəb olur. Həmçinin, Azərbaycan bazarında son illərdə tətbiq olunan rəqəmsal texnologiyalar da merçendayzinq fəaliyyətinin inkişafına şərait yaratmışdır. Bu da özünü pərakəndə ticarət dövriyyəsinin artmasında göstərir. Əlavə olaraq, rəqabət mühiti də bu inkişafı şərtləndirir, çünki brendləşmə üçün yalnızca məhsulun keyfiyyətinin artırılması və qiyməti bəs etmir. Satış həcminin artırılması üçün onlayn platformalarda da satış etmək mütləqdir. Bu da yenə merçendayzinq fəaliyyətinin virtual tətbiqinə əsaslanır. Nəticə etibarilə, merçendayzinq fəaliyyəti təkcə vizual təqdimat, məhsulların yerləşməsi deyil, həmçinin müəssisələrin iqtisadi gücünün artması və müştəri məmnuniyyətidir. Açar sözlər: merçendayzinq fəaliyyəti, vizual təqdimat, marketinq, müştəri davranışı, satış həcmi, pərakəndə ticarət dövriyyəsi. JEL: E25, H27, L1, UOT: 658:67:001.895:338.46 (479.24)</jats:p>