Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Böyük Qafqazın təbii landşaftları son onilliklərdə insan təsiri nəticəsində ciddi dəyişikliklərə məruz qalmışdır. Bu məqalədə antropogen transformasiyaların (urbanizasiya, kənd təsərrüfatı, sənaye, turizm və meşə qırılmaları) Böyük Qafqaz ərazisinə təsiri ekoloji və iqtisadi aspektlərdən təhlil edilmişdir. Coğrafi İnformasiya Sistemləri (GİS) və peyk şəkilləri vasitəsilə Land Use/Land Cover (LULC) dəyişiklikləri analiz olunmuş, risk zonaları xəritələndirilmiş və proqnoz modelləri təqdim edilmişdir. Nəticələr göstərir ki, antropogen təsirlər torpaq örtüyünün degradasiya səviyyəsini artırmış, kənd təsərrüfatı və turizm sahələrində iqtisadi dəyişikliklər yaratmışdır. Açar sözlər: Böyük Qafqaz, antropogen transformasiyalar, GİS, landşaft, ekoloji-iqtisadi təhlil, peyk məlumatları. JEL: L51, Q57, R15; UOT: 338:502:(479.24)</jats:p>

Show More

Keywords

böyük antropogen təsiri kənd təsərrüfatı

Related Articles