Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə Azərbaycan aşıq sənətinin ölməz nümayəndəsi olan Aşıq Ələsgərin yaradıcılığında yer tutan təbiət-dağ, su və s. ilə bağlı mövzulara diqqət ayrılmışdır. Məlum olmuşdur ki, ustad aşıq dağa ucalıq, paklıq, əzmkarlıq rəmzi, əcdad məskəni kimi baxmış və hər zaman bu yerləri uca tutmuşdur. Aşıq Ələsgərin təbiət motivli şeirlərində əsas və başlıca məqam vətən, torpaq amili olmuşdur. Bu motiv ustadın yaradıcılığında əsas xətt təşkil edir. Məqalədə göstərilir ki, Göyçə mahalı xalqımıza böyük şəxsiyyətlər bəxş etmişdir. Göyçə mahalından olan el sənətkarlarının, ustad aşıqların – Aşıq Ələsgər, Miskin Abdal, Növrəs İman və başqalarının adlarını çəkmək olar ki, onlar özlərindən sonra böyük bir məktəb qoyub getmişlər. Məqalədən məlum olur ki, Aşıq Ələsgərin təbiət şeirlərində Göyçə mahalı, bütöv Qərbi Azərbaycan təbiətinin gözəllikləri əsas yer tutur. Aşıq Ələsgər poeziyasında milli dəyər və kimlik, ata-baba yurd yerlərinə sahiblənmək və onu qorumaq məsələsində öz kəskin fikrini bildirməkdən heç vaxt çəkinməmişdir. Ustad sənətkar üçün qoynunda yaşadığı torpaq ona əcdadlarının əmanətdir. Vətən və onun təbiətini sevmək, qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Bu Ələsgər yaradıcılığında əsas xətt kimi götürülür. Eləcə də, ustad aşığın yaradıcılığının milliliyi və xəlqiliyi ön plana çəkilmişdir. El sənətkarının aşıq yaradıcılığına gətirdiyi yeniliklər ondan sonra yaşayıb yaradan bütün ustad aşıqların yaradıcılığında bir ənənə kimi qorunur və saxlanılır. Aydın olur ki, ustad aşığın poeziyasında təbiət ünsürləri ilə canlı obraz kimi deyişmək ənənəsi mövcud olmuşdur. Bu ənənə özündən sonra yaşayan el sənətkarların da yaradıcılığında davam və inkişadf etdirilmişdir.</jats:p>

Show More

Keywords

aşıq ustad yaradıcılığında kimi əsas

Related Articles