Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə müasir bilik cəmiyyətində “öyrənməyi öyrənmək” bacarığının əhəmiyyəti geniş şəkildə izah olunur. Texnologiyanın sürətli inkişafı, qloballaşma və cəmiyyətin dəyişən ehtiyacları insanlardan davamlı şəkildə yeni bilik və bacarıqlar əldə etməyi tələb edir. “Öyrənməyi öyrənmək” anlayışı fərdin öz öyrənmə prosesini təşkil etməsi, məlumatı və vaxtı düzgün idarə etməsi, həmçinin, öyrənməyə davam etmək bacarığı kimi xarakterizə edilir. Məqalədə bu bacarığın metakoqnitiv düşüncə, tənqidi təhlil, özünənəzarət və inkişaf düşüncə tərzi ilə sıx bağlı olduğu vurğulanır. Müəllif məktəblərdə öyrənmə bacarıqlarının inkişafı üçün oyun əsaslı təlim, layihə işi, zehn xəritələri, aktiv oxu, fəal dinləmə və vaxtın düzgün idarə olunması kimi metodların tətbiqini tövsiyə edir. Həmçinin, müəllimlərin şagirdlərdə özünütənzimləyən öyrənmə, refleksiya, motivasiya və dözümlülük yaratmasının vacibliyi qeyd edilir. Məqalədə tənqidi düşüncə, ünsiyyət, yaradıcılıq və sosial əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanır. Nəticədə qeyd olunur ki, müasir tədris metodları şagirdlərin daha müstəqil, çevik, yaradıcı və ömürboyu öyrənən şəxsiyyət kimi formalaşmasına kömək edir, onların həm akademik, həm də sosial uğurlarını artırır.</jats:p>

Show More

Keywords

məqalədə edir öyrənmə kimi düşüncə

Related Articles

PORE

About

Connect