Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Bu məqalədə 3–4-cü sinif şagirdləri üçün təlim prosesində dəstəkləyici mühitin nəzəri əsasları və tətbiqi modelləri sistemli şəkildə araşdırılır. Müasir pedaqoji yanaşmalar – konstruktivist, humanist və inklüziv təlim prinsipləri əsasında şagirdlərin akademik nailiyyətləri ilə yanaşı, onların sosial-emosional inkişafının da təmin olunmasının vacibliyi əsaslandırılır. Dəstəkləyici mühitin fiziki, psixoloji, sosial və pedaqoji komponentləri elmi baxımdan təhlil edilir və bu komponentlərin qarşılıqlı əlaqəsi vurğulanır. Məqalədə kooperativ öyrənmə, sosial-emosional öyrənmə (SEL), diferensial təlim və layihə əsaslı öyrənmə kimi modellərin ibtidai siniflərdə tətbiqi imkanları araşdırılır. Eyni zamanda, bu yanaşmaların Azərbaycan təhsil sistemində kurikulum çərçivəsində tətbiqi və müəllimin dəstəkləyici mühitin qurulmasındakı rolu xüsusi qeyd olunur.</jats:p>

Show More

Keywords

təlim dəstəkləyici mühitin tətbiqi öyrənmə

Related Articles

PORE

About

Connect