Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Hesabatlılıq və şəffaflıq maliyyə idarəçiliyinin vacib təməllərindən biri sayılır. Bu gün ölkəmizin sosial-iqtisadi inkişafında əsas çağırışlardan biri dövlət büdcəsinin şəffaflığı, ictimai hesabatlılıq və maliyyə nəzarətinin gücləndirilməsi mövzunun aktuallığını əks etdirir. Tədqiqatın məqsədi maliyyə hesabatlarının keyfiyyətinin, şəffaflığının və etibarlılığının artırılması üçün təkliflərin hazırlanmasından ibarətdir. Elmi məqalədə büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin beynəlxalq tələblərlə uyğunluq səviyyəsi və normativ-hüquqi tənzimlənməsi hərtərəfli təhlil edilmiş, qarşıya çıxan problemlər və onların həlli yolları müəyyən edilmişdir. Bu məqsədlə analitik, müqayisəli təhlil, sistemli yanaşma və sosioloji tədqiqat üsullarından istifadə olunmuşdur. Nəticələr göstərir ki, büdcə təşkilatlarının hesabat sistemində bəzi metodoloji boşluqların və praktiki uyğunsuzluqların mövcud olması hesabat məlumatlarının idarəetmə qərarlarında səmərəli istifadəsini məhdudlaşdırır. Aparılmış təhlillər əsasında hesabat formalarının beynəlxalq standartlara uyğunlaşdırılması və şəffaflıq səviyyəsinin yüksəldilməsi üzrə təkliflər verilmişdir.</jats:p>

Show More

Keywords

maliyyə hesabat hesabatlılıq şəffaflıq biri

Related Articles