Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə ibtidai siniflərdə riyaziyyat fənninin tədrisinin müasir kurikulumun tələbləri əsasında təşkilinin nəzəri və praktik əsasları araşdırılır. Azərbaycan Respublikasının ümumi təhsilin milli kurikulumu riyaziyyatın yalnız biliklərin ötürülməsi deyil, həm də şagirdlərin intellektual, məntiqi və analitik bacarıqlarının inkişafına xidmət etməsini zəruri edir. Bu kontekstdə riyaziyyat fənni həm nəzəri hazırlıq, həm də gündəlik həyat situasiyalarında biliklərin tətbiqinə imkan yaradan mühüm vasitə kimi təqdim olunur. Məqalədə müasir təlim texnologiyalarının, interaktiv metodların və diferensial yanaşmanın ibtidai sinif dərslərində tətbiqi imkanları təhlil edilmişdir. Tədqiqatda analitik-metod, müşahidə, sorğu, eksperiment və kəmiyyət-keyfiyyət təhlili metodlarından istifadə olunmuş, müəllim və şagirdlərin fəaliyyəti müxtəlif aspektlərdən qiymətləndirilmişdir. Nəticələr göstərir ki, diferensial təlim şagirdlərin fərdi qabiliyyətlərinə uyğun bilik qazanmasına, əməkdaşlıq və liderlik bacarıqlarının inkişafına, həmçinin riyaziyyata maraqlarının artmasına şərait yaradır. Müasir pedaqoji texnologiyalar isə şagirdlərin müstəqil fəaliyyətini gücləndirir, yaradıcılıq və problem həll etmə bacarıqlarını inkişaf etdirir. Məqalədə müəllim hazırlığının keyfiyyətinin artırılması, peşəkar inkişaf proqramlarının gücləndirilməsi, dərslik və vəsaitlərin yenilənməsi, elektron resursların tədrisə inteqrasiyası və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflər irəli sürülür. Ümumilikdə, aparılmış tədqiqat göstərir ki, müasir təlim texnologiyaları və diferensial yanaşma ibtidai siniflərdə riyaziyyat tədrisinin səmərəliliyini yüksəldir və təhsilin keyfiyyətinin davamlı inkişafına töhfə verir.</jats:p>

Show More

Keywords

müasir şagirdlərin məqalədə ibtidai riyaziyyat

Related Articles