Abstract
<jats:p>Bu məqalədə xalq çalğı alətləri ixtisasında təhsil alan tələbələrə ingilis dilinin tədrisi məsələsi tədqiq olunur. Məqsəd – bu tələbələrin dil öyrənmə ehtiyaclarını, mövcud tədris metodlarına münasibətlərini və daha effektiv pedaqoji yanaşmaların tətbiq imkanlarını müəyyənləşdirməkdir. Tədqiqat çərçivəsində Bakı Musiqi Akademiyasının 12 tələbəsi arasında anket sorğusu və fokus qrup müzakirələri aparılmış, nəticələr kəmiyyət və keyfiyyət üsulları ilə təhlil olunmuşdur. Nəticələr göstərmişdir ki, hazırkı ingilis dili tədris proqramları tələbələrin ixtisas yönümlü ehtiyaclarını tam şəkildə ödəmir. Tələbələr daha çox musiqi kontekstində qurulmuş materiallara və kommunikativ metodlara üstünlük verir. Məqalədə sahəyə uyğunlaşdırılmış metodik yanaşmaların tətbiqinin vacibliyi əsaslandırılır və tədris prosesinin kontekstual modellərlə zənginləşdirilməsinin zəruriliyi vurğulanır.</jats:p>