Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Azərbaycan dilində atalar sözləri xalqın müdrikliyinin, tarixi yaddaşının və sosial münasibətlərinin mühüm ifadə formasıdır. Bu janrda müxtəlif onomastik vahidlərdən, xüsusilə də real şəxs adlarından geniş istifadə olunur. Real tarixi və ya dini şəxsiyyətlərin adlarının atalar sözlərində işlənməsi bu vahidlərə əlavə semantik dərinlik, tarixi-mədəni rəngarənglik və ifadə gücü qazandırır. Adların mənşəyinin və istifadəsinin tədqiqi xalqların tarixi və kimliyi barədə dərin məlumat verir. Tarixi adların qorunması və öyrənilməsi bir xalqın dil və mədəniyyət tarixini anlamaq üçün vacibdir. Arxeoloji tapıntılar dəyərli məlumat mənbələri təqdim etsə də, bunlar danışılan dili müəyyənləşdirməyə qadir deyildir. Atalar sözləri şəxs adlarının danışıq dilindən birbaşa götürüldüyünü və dil tarixinin öyrənilməsi üçün etibarlı mənbə rolunu oynadığını nümayiş etdirir. Onların tərkibindəki adlar daha incə və dərin bir baxış təqdim edir. Belə ki, onlar tarixə dair bir sıra fikirləri aydınlaşdıraraq keçmişin daha aydın mənzərəsini canlandıra bilir. Məqalədə real şəxs adlarının xalq təfəkküründə daşıdığı simvolik və ideoloji məna qatları təhlil edilir.</jats:p>

Show More

Keywords

tarixi atalar real şəxs adlarının

Related Articles