Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə Azərbaycan regionlarında “Holland sindromu”nun gələcəkdə yaradacağı böhranlar, buna istinadən qeyri-neft sənayesinin inkişaf istiqamətləri, potensial olaraq aktual və gələcəkdə məhdudiyyətlərlə üzləşə biləcək istiqamətlər təhlil olunur. Diversifikasiya siyasətinin qiymətləndirmə sistemlərinin iqtisadi strukturundakı fəaliyyətlərə, regional sənaye inkişafına təsirinin fundamental qiymətləndirilməsi və sənaye zonalarının diversifikasiyası üçün mövcud imkanlarınm araşdırılması, yəni təbii resurslardan səmərəli istifadə, logistika və nəqliyyat infrastrukturlarının genişləndirilməsi, sənaye parklarının yaradılması, insan kapitalının düzgün yönləndirilməsi və dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi araşdırılır. Eyni zamanda, bölgələrdə qeyri-neft sənayesinin inkişafının qarşısını alan və ya yavaşladan məhdudiyyətlər – infrastrukturun aşağı və ya sistemsiz inkişafı, investisiya mühitində regional fərqlər, innovasiya potensialının yanlış yönləndirilməsi, ixtisaslı kadrların az olması və mövcud kadrlarından yanlış istifadə, məhdud texnoloji innovasiya kimi ünsürlər müəyyənləşdirilir. Tədqiqatın nəticələri göstərir ki, qeyri-neft sənayesinin regionlar üzrə balanslı inkişafı üçün kompleks dövlət siyasəti, özəl sektorun fəallaşdırılması, dövlət– özəl ortaqlığı və innovativ yanaşmaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Digər dövlətlərin təcrübələrinin regiona uyğunlaşdırılmasında fayda və risklərinin təxmin olunaraq daha effektiv tətbiq olunması yollarının əhəmiyyəti qeyd olunur. Məqalədə regionların sənaye potensialının aşkarlanması, düzgün bölüşdürülməsi, gələcək innovasiya planlarının mərhələli və davamlılıq prinsipi əsasında reallaşması üçün strateji prioritetlər və tövsiyələr yer alır.</jats:p>

Show More

Keywords

sənaye qeyrineft sənayesinin üçün dövlət

Related Articles