Abstract
<jats:p>Dərs vəsaiti sosial idarəetmənin konseptual əsasları, nəzəri yanaşmaları və tətbiq sahələrini əhatə edən kompleks elmi-praktik materialdır. Vəsaitdə sosial idarəetmənin mahiyyəti, funksiyaları, inkişaf meyilləri və müasir problemləri sistemli şəkildə təhlil olunur. İdarəetmə nəzəriyyələrinin təkamülü, sosial idarəetmənin prinsipləri və metodları, o cümlədən sosialpsixoloji, iqtisadi, inzibati və ekspert üsulları elmi əsaslarla təqdim edilir. Eyni zamanda strateji idarəetmə anlayışı, sosial-iqtisadi planlaşdırma və informasiya təminatı problemləri də geniş şəkildə araşdırılır. Müasir dövrdə idarəetmə mədəniyyətinin, təşkilati davranışın və sosial liderliyin roluna xüsusi diqqət yetirilmişdir. Bu vəsait ali məktəblərin tələbələri, magistrantlar, idarəetmə sahəsində çalışan mütəxəssislər və sosial siyasətlə maraqlanan tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.</jats:p>