Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə müəlliflərin müşahidəsi altında olmuş ixtiozla birgə suçiçəyi xəstəliyi keçirən pasiyent haqqına məlumat verilmişdir. Bu xəstəliklərin eyni vaxtda baş verməsi hadisəsinə nadir rast gəlinir və xüsusi diqqət tələb edilir, müəlliflərin müşahidəsi altında 1 yaş 9 aylıq uşaqda anadangəlmə ixtioz fonunda suçiçəyi ilə xəstələnmə hadisəsi olmuşdur. Genetik bir xəstəlik olan ixtioz quru, qabıqlı və qalınlaşmış dəri ilə xarakterizə edilir; viral bir infeksiya olan suçiçəyi isə xarakterik səpgi və qızdırmaya səbəb olur. Bu iki vəziyyətin birləşməsi hər iki xəstəliyin gedişatını pisləşdirir və müalicədə, qulluqda kompleks yanaşma tələb edir. İxtiozla birlikdə meydana gələn suçiçəyi, immun sistemin zəiflənməsinə və ixtiozla əlaqəli dəri zədələnməsinə görə adi haldan daha ağır ola bilər. Təsvir edilən klinik hal erkən diaqnozun, vaxtında müalicənin və dəriyə düzgün qulluğun, habelə bu patologiyası olan uşaqların qohumlarına psixoloji dəstəyin vacibliyini əks etdirir ki, bu da xəstəliyin əlverişli gedişatına kömək edir və xəstə üçün mənfi nəticələrin minimuma endirilməsinə və infeksion-iltihabi ağırlaşmaların qarşısının alınmasına kömək edir. Eyni zamanda belə risk qrupuna daxil olan uşaqlarda suçiçəyinin spesifik profilaktikası məqsədilə vaksinasiya aparılması tövsiyyə edilir.</jats:p> <jats:p>В статье представлено клиническое наблюдение сочетанного течения ихтиоза и ветряной оспы: представлено собственное наблюдение авторов по одновременному течению ихтиоза и ветряной оспы; у ребенка в возрасте 1 года и 9 месяцев была диагностирована ветряная оспа на фоне врожденного ихтиоза. Ихтиоз – генетическое заболевание, характеризующееся сухой, шелушащейся и утолщенной кожей; ветряная оспа – вирусная инфекция, вызывающая характерную сыпь и лихорадку. Сочетание этих двух состояний может ухудшить течение обоих заболеваний и требует комплексного подхода к лечению и уходу. Ветряная оспа, протекающая с ихтиозом, может протекать тяжелее обычного из-за ослабленного иммунитета и особенностей кожи, связанных с ихтиозом. Описанный клинический случай отражает важность ранней диагностики, своевременного лечения и правильного ухода за кожей, а также психологической поддержки родственников детей с этой патологией, что способствует благоприятному течению заболевания и помогает минимизировать негативные последствия для пациента и предотвратить инфекционно-воспалительные осложнения. В то же время детям этой группы риска рекомендована специфическая профилактика ветряной оспы - вакцинация.</jats:p> <jats:p>This article presents a clinical case of ichthyosis and chickenpox coexisting. A clinical case describing the concurrent occurrence of ichthyosis and chickenpox is rare and requires special attention. In our clinic, a child aged 1 year 9 months was diagnosed with chickenpox associated with congenital ichthyosis. Ichthyosis is a genetic disorder characterized by dry, flaky, and thickened skin; while chickenpox is a viral infection causing a characteristic rash and fever. The combination of these two conditions can worsen the course of both diseases and requires a comprehensive approach to treatment and care. Chickenpox associated with ichthyosis can be more severe than usual due to a weakened immune system and the skin characteristics associated with ichthyosis. This clinical case highlights the importance of early diagnosis, timely treatment, and proper skin care, as well as psychological support for relatives of children with this condition. This promotes a favorable course of the disease, helps minimize negative consequences for the patient, and prevent infectious and inflammatory complications. Additionally, vaccination is recommended as a specific preventative measure against chickenpox for children at risk group</jats:p>

Show More

Keywords

ichthyosis chickenpox suçiçəyi olan edilir

Related Articles