Abstract
<jats:p>Məqalədə yaşı 18-ə qədər olan uşaq və yeniyetmələrdə postCOVİD dönəmində müşahidə edilən bakterial və virus etiologiyalı meningitlərin diferensial diaqnostikasının təkmilləşdirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata meningit diaqnozu qoyulmuş 60 pasiyent cəlb edilmişdir ( 30 pasiyent bakterial meningitli, 30 pasiyent virus menigitli). Klinik simptomların (qızdırma, baş ağrısı, ensefalopatik əlamətlər, qıcolmalar) tezliyi və ağırlıq dərəcəsi ilə yanaşı, laborator göstəricilər (likvorda zülal, şəkər, hüceyrə sayı) və immunoloji markerlər (CRP, prokalsitonin, IL-6, İL-1 β, İL-10,TNFα, İgM) təhlil edilmişdir. Tədqiqat göstərmişdir ki, bakterial meningitli uşaqlarda xəstəliyin klinik gedişi daha ağır olmaqla bərabər, ensefalopatiya, qıcolma və boyun sərtliyi kimi əlamətlərin tezliyi əhəmiyyətli dərəcədə artır. Bu zaman beyin-onurğa beyni mayesində zülal və hüceyrə sayı 3-10 dəfə artır, şəkər səviyyəsi isə azalır. Xəstələrin qanında prokalsitonin, CRP, İL-6, TNF- α və İL-1 β əhəmiyyətli dərəcədə artır ki, bu da bakterial infeksiyalara xas olan güclü iltihabi cavabı əks etdirir, virus meningitli uşaqlarda isə İL-10 səviyyəsi daha yüksək olur. Bu, immunoloji markerlərin erkən diaqnostika və proqnozda etibarlı diferensial göstəricilər olduğunu sübut edir. Tədqiqatın nəticələrinə əsasən erkən diaqnoz və düzgün müalicə üçün klinik və laborator parametrlərlə yanaşı, immunoloji markerlərin istifadəsi tövsiyə edilir.</jats:p> <jats:p>В статье представлено исследование, проведённого с целью совершенствования дифференциальной диагностики бактериальных и вирусных менингитов у детей и подростков в возрасте до 18 лет в постCOVID период. В исследование были включены 60 пациентов с диагнозом менингит (30 детей с бактериальным менингитом и 30 — с вирусным). Проанализированы частота и степень выраженности клинических симптомов (лихорадка, головная боль, энцефалопатические проявления, судороги), лабораторные показатели спинномозговой жидкости (белок, глюкоза, количество клеток) и иммунологические маркеры (C-реактивный белок, прокальцитонин, IL-6, IL-1β, IL-10, TNF-α, IgM). Установлено, что у детей с бактериальным менингитом течение заболевания было более тяжёлым, а уровень иммунологических показателей значимо выше. По результатам исследования, у пациентов бактериальной группы значительно чаще наблюдались энцефалопатия, судороги и ригидность затылочных мышц (p <0,001). В этой группе уровень белка и клеточности в ликворе был повышен в 3-10 раз, значения глюкозы снижены, а концентрации прокальцитонина, CRP, IL-6, TNF-α и IL-1β — резко повышены, что отражало выраженный воспалительный ответ, характерный для бактериальной инфекции. Интерлейкин-10, напротив, преобладал у пациентов с вирусным менингитом. На основании полученных данных рекомендуется использовать иммунологические показатели наряду с клиническими и лабораторными параметрами для ранней диагностики и выбора адекватной терапии.</jats:p> <jats:p>The article presents a study aimed at improving the differential diagnosis of bacterial and viral meningitis in children and adolescents under 18 years of age during the postCOVID period. The study included 60 patients diagnosed with meningitis (30 with bacterial meningitis and 30 with viral meningitis). The frequency and severity of clinical symptoms (fever, headache, encephalopathic signs, seizures), cerebrospinal fluid laboratory parameters (protein, glucose, cell count), and immunological markers (C-reactive protein, procalcitonin, IL-6, IL-1β, IL-10, TNF-α, IgM) were analyzed. The results showed that children with bacterial meningitis had a more severe clinical course and significantly higher immunological marker levels. Encephalopathy, seizures, and neck stiffness were significantly more common in the bacterial meningitis group (p<0.001). In this group, CSF protein and cell count were increased 3–10 times, glucose levels were reduced, and levels of procalcitonin, CRP, IL-6, TNF-α, and IL-1β were markedly elevated, indicating a strong inflammatory response typical of bacterial infection. Conversely, interleukin-10 levels were higher in children with viral meningitis. Based on these findings, the use of immunological markers is recommended, in conjunction with clinical and laboratory parameters, for early diagnosis and appropriate treatment.</jats:p>