Abstract
<jats:p>Məqalədə 4 il ərzində (2019-2022-ci illər) K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (ETPİ) kritik vəziyyətdə anadangəlmə anomaliya diaqnozu ilə qəbul edilən 1 yaşı tamam olmamış 1256 xəstənin anomaliyanın tipinə, sistemlərə görə, illər və bölgələr üzrə paylanması, ölən xəstələrin təhlili araşdırılmışdır. Anomaliyanın olduğu sistemlərə görə ilk yeri ürək-damar sistemi anomaliyaları, sonrakı yerləri mədə-bağırsaq və sinir sistemi anomaliyaları təşkil etmişdir. Kritik vəziyyətdə reanimasiya bölməsində müalicə alan anadangəlmə anomaliyası olan xəstələr ölkənin müxtəlif iqtisadi rayonlarından qəbul edilmişdir. Ən çox xəstə Bakı və Abşeron-Xızı (547 nəfər), ən az isə Naxçıvan bölgəsindən (15 nəfər) qeydə alınmışdır. Digər bölgələr üzrə xəstə sayı 62-241 aralığında dəyişmişdir (Pχ2=0,842). Dövlət Statistika Komitəsindən (DSK) əldə edilən məlumatlara əsasən, 1 yaşa qədər əhalinin sayı ilə müqayisəli təhlil aparılmış və illər üzrə statistik fərqlilik müəyyən olunmuşdur. Nəticə olaraq, kritik vəziyyətdə anadangəlmə anomaliya diaqnozlu 1 yaşa qədər xəstələrin rastgəlinmə tezliyinin illər üzrə müqayisəli təhlilində əhəmiyyətli fərq olduğu aşkar edilmişdir ki, bu da COVID-19 pandemiyasının təsiri ilə izah edilməlidir. Aparılmış təhlil nəticəsində Bakı, Abşeron-Xızı iqtisadi rayonunda kritik vəziyyətdə anadangəlmə anomaliya diaqnozu ilə reanimasiya şöbəsinə qəbul edilən xəstə sayının digər bölgələrə nisbətən daha çox olduğu müəyyən edilmişdir.</jats:p> <jats:p>В статье представлен анализ 1256 пациентов младше 1 года, поступивших в Научно-исследовательский институт педиатрии (НИИП) с критическим состоянием, связанным с врожденными аномалиями, в период с 2019 по 2022 годы. Рассматривается распределение пациентов по типам аномалий, системам организма, регионам и годам, а также анализ летальных исходов. Наиболее часто встречались аномалии сердечно-сосудистой системы, затем — желудочно-кишечного тракта и нервной системы. Пациенты поступали из разных экономических районов страны, наибольшее количество было в Баку и Абшерон-Хызы (547 человек), наименьшее — в Нахичевани (15 человек). В других регионах количество пациентов варьировалось от 62 до 241. Сравнительный анализ с численностью населения младше 1 года показал статистические различия по годам, что может быть связано с пандемией COVID-19. Также установлено, что в экономических районах Баку и Абшерон-Хызы зарегистрировано больше пациентов с такими диагнозами по сравнению с другими регионами.</jats:p> <jats:p>This article presents an analyze of 1256 patients under 1 year of age, admitted to the Scientific-Research Institute of Pediatrics (SRIP) with critical congenital anomalies diagnosis between 2019 and 2022. The study examines the distribution of patients by anomaly type, affected systems, years, and regions, as well as fatal outcomes. The most common anomalies were cardiovascular, followed by gastrointestinal and nervous system anomalies. The highest number of patients came from Baku and Absheron-Khizi (547 patients), and the lowest in Nakhchivan region (15 patients). The number of patients in other regions ranged from 62 to 241 (pχ2=0.842). A comparative analysis was performed using data from the State Statistical Committee based on the population under 1 year old, and statistical differences by year were identified. The results revealed a significant difference in the incidence rate of patients with congenital anomalies in critical condition when comparing years, which is likely explained by the impact of the COVID-19 pandemic. The analysis also determined that the number of patients admitted to the intensive care unit with a congenital anomaly diagnosis was higher in Baku and Absheron-Khizi compared to other regions.</jats:p>