Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Tam orta təhsil yaşlı şagirdlərin ali sinir sistemi yüksək səviyyədə inkişaf etdiyindən onların psixologiyasında da müəyyən müsbət dəyişikliklər gedir. Buna görə də həmin şagirdlər hərəkət və oyunların yerinə yetirilməsinə şüurlu yanaşırlar. Onlar özlərinin marağı olan hərəkətlərə və ya oyunlara bütün qüvvə və bacarıqlarını sərf etməyə çalışır, onu məmnuniyyətlə, düzgün, dəqiq və böyük həvəslə icra edirlər. Bundan əlavə, həmin şagirdlər hərəkətləri yerinə yetirərkən özlərini sakit, təmkinli və “ağır” aparır, öz hərəkətlərini isə idarə etməyi bacarırlar. Digər tərəfdən də öz hərəkətlərinə nəzarət etməyi xoşlayır, müəyyən qədər də bu işin öhdəsindən gəlir, müstəqil hərəkət etməyə can atır və fəallaşırlar. Tam orta məktəbyaşlı şagirdlər ibtidai sinif şagirdlərinə nisbətən koordinasiya tələb edən hərəkətləri düzgün icra edir, özlərinə möhkəm inanır, əzələ gərginliyinə inamla dözür, müəyyən müddət içərisində hərəkət surətini saxlaya, idarə edə və qoruya bilir, mühafizə və özünü mühafizəyə sürətlə yiyələnməyi bacarırlar. Hərəki qabiliyyətlər (güc, qüvvə, cəldlik, çeviklik, sürət, iradə möhkəmliyi və s.) uşaqların möhkəm və davamlılığını daha da artırır, onların uzunömürlülüyünü təmin edir, dərketmə qabiliyyətini asanlaşdırır. Tam orta təhsil dövründə oğlan və qızlar onları maraqlandıran tədris-idman işlərinə daha həssas, qayğıkeş və daha diqqətli olurlar. Dərs müddətində bütün diqqətlərini toplayıb başlıca tədris məqsədinə yönəldə bilir və yüksək tədris-hərəki fəaliyyət nümayiş etdirirlər. Bunlar şagirdlərin tədris prosesinə məsuliyyətini artırmaqla, onlar bir növ öz qarşısında, müəllim və digər şagirdlər qarşısında da hesabat vermiş hesab olurlar. Beləliklə, həmin yaşda olan yeniyetmələr fiziki tərbiyə üzrə tədris materialını daha aydın qavrayır və dərindən mənimsəyir, eləcə də hərəki vərdişləri formalaşdırır.</jats:p>

Show More

Keywords

şagirdlər daha orta müəyyən həmin

Related Articles

PORE

About

Connect