Abstract
<jats:p>Müəllif “Yuxarı sinif şagirdlərinin hərəki qabiliyyətlərinin dərs və dərsdənkənar məşğələlərdə inkişafı” adlı məqalədə yuxarı sinif şagirdlərinin hərəki qabiliyyətlərinin inkişaf etdirilməsində fiziki tərbiyə, idman və turizm üzrə həyata keçirilən dərsdənkənar idman məşğələlərinin, kütləvi tədbirlərin, turizm yürüşlərinin əhəmiyyəti qeyd edilir. Bu tədbirlərin pedaqoji prinsipləri, tərbiyələndirici, inkişafetdirici, sağlamlaşdırıcı vəzifələrisistemlişəkildə nəzərə çatdırılır. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, burada fiziki tərbiyənin başlıca vasitələrinin yuxarı sinif şagirdlərinin hərəki qabiliyyətlərinin ahəngdar inkişafına göstərdiyi təsir imkanları və yollarını müəyyənləşdirilmişdir. Tədqiqatın təcrübi əhəmiyyəti ondan ibarətdir ki, fiziki tərbiyə dərsləri və dərsdənkənar məşğələlər vasitəsilə yuxarı sinif şagirdlərinin hərəki qabiliyyətlərinin inkişafı sahəsində alınan nəticələr, fiziki tərbiyə müəllimlərinə, idman təlimatçılarına pedaqoji-metodik istiqamət verəcək, problem dairəsində pedaqoji fəaliyyətin səmərəsini yüksəldəcəkdir.</jats:p>