Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Xülasə Anadangəlmə inkişaf qüsurları (AİQ) üçün spesifik risk amilləri barədə məlumatların mövcudluğu anomaliyaların yaranma tezliyinin azalmasına kömək edə bilər. Əhəmiyyətli metodlardan biri lojistik reqressiya analizidir. Tədqiqatın məqsədi anamnezində vaxtından əvvəl doğuşları olan qadınlarda dölün anadangəlmə inkişaf qüsurları ilə əlaqəli amilləri qiymətləndirmək və lojistik proqnostik model yaratmaqdır. Material və metodlar. Tədqiqatda AİQ ilə doğulan uşaqların 665 anası araşdırılmışdır. Onlardan 432-də (65,0%) doğuşlar vaxtından əvvəl (əsas qrup), 233-də (35,0%) isə vaxtında (nəzarət qrupu) olmuşdur. Aşağıdakı göstəricilər təhlil edilmişdir: yaş, şəhər/region, doğuşlar, hamiləliklərin sayı, abortların sayı, inkişafdan qalmış hamiləlik halları, düşüklər, dölün inkişaf anomaliyaları, antenatal döl ölümü, metilentetrahidrofolat reduktazanın (MHTR) səviyyəsi, alfa-fetoprotein (AFP), insan xorionik qonadotropini (İXQ), qeyri-konyuqasiya olunmuş estriol (QE) və HLA II sinif antigenlərinin rastgəlmə tezliyi. Statistik emalda Statistica proqramında ANOVA metodu, Kruskal–Wallis H-testi, Pirsonun χ² meyarı, Fişer meyarı, şans nisbəti (OR), nisbi risk və ROC-analizdən istifadə olunmuşdur. Nəticələr. Hamiləliyi əks etdirən ROC-əyrisinin altında geniş sahə müəyyən edilmişdir – 0,769 (95% ET: 0,729–0,809; Asymp. Sig=0,000), təkrarlanan düşüklər üçün – 0,699 (95% ET: 0,659–0,740; Asymp. Sig=0,000), dölün uşaqlıqdaxili inkişaf qüsurları üçün – 0,630 (95% ET: 0,587–0,673; Asymp. Sig=0,000). Əsas qrup üçün yüksək həssaslıq və spesifiklik hamiləlik müddətinin 1,5 həftəsində (1,467) və 2,5 həftəsində (1,384), uşaqlıqdaxili inkişaf qüsurunun 0,5 müddətində (1,267), düşüklərin isə 0,5 (1,393) və 1,5 (1,237) müddətlərində müəyyən edilmişdir. Orta diaqnostik dəyərə malik dəyişənlər hamiləlik (AUC=0,77) və təkrarlanan düşüklər (AUC=0,70), aşağı diaqnostik dəyərə malik dəyişən isə anadangəlmə inkişaf qüsuru olmuşdur (AUC=0,63). Nəticə. Aparılmış tədqiqat əsasında hamiləlik, anadanglmə inkişaf qüsuru, düşüklər, MHTR polimorfizmi, həmçinin HLA sisteminin DRB1, DQA1 və DQB1 antigenləri arasında əhəmiyyətli statistik əlaqə müəyyən edilmişdir. Əldə olunan proqnostik lojistik model anamnezində vaxtından əvvəl doğuşları olan anaların konsultasiyası zamanı tətbiq oluna bilər.</jats:p>

Show More

Keywords

inkişaf üçün edilmişdir hamiləlik düşüklər

Related Articles