Abstract
<jats:p>Tədqiqatın məqsədi anadangəlmə ürək qüsurlu (AÜQ) uşaqlarda immun statusun və apoptoz proseslərinin xüsusiyyətlərini öyrənmək olmuşdur. Araşdırmaya 113 uşaq daxil edilmişdir (90 nəfər AÜQ ilə və 23 sağlam uşaq). Limfositlərin subpopulyasiyaları (CD3, CD4, CD8, CD19), apoptoz markerləri (CD95), aktivasiya göstəriciləri (HLA-DR), eləcə də proinflamator sitokinlərin (TNF-α, IL-6) səviyyələri qiymətləndirilmişdir. Müəyyən olunmuşdur ki, AÜQ-li uşaqlarda CD3⁺ və CD4/CD8 indeksinin azalması, eyni zamanda CD4⁺, CD8⁺, CD19⁺, CD95, TNF-α və IL-6 səviyyələrinin yüksəlməsi müşahidə olunur. Ən kəskin dəyişikliklər sianotik formalar zamanı qeyd edilmişdir. Aşkar olunmuş markerlər erkən diaqnostika, risklərin stratifikasiyası və müalicənin fərdiləşdirilməsi üçün istifadə oluna bilər.</jats:p>