Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə Azərbaycanda qohumlar arasında olan nikah problemi nəzərdə keçirilir. Qeyd olunur ki, bizim ölkədə, rəsmi olaraq, 01 iyul 2025-ci ildən etibarən yaxın qohumlar arasında nikah bağlamaq qadağan olunub. Prezident İlham Əliyev inzibati pozuntular üzrə Ailə və Cinayət Məcəllələrdə edilmiş düzəliş və dəyişiklikləri 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə təsdiq etmişdir. Qeyd olunur ki, qan qohum nikahlarına qoyulmuş qadağa Azərbaycan əhalisinin müdafiəsi və sağlamlığının qorunmasında çox vacib, düşünülmüş və uzaqgörən addım kimi təqdim olunur. Bu hadisə ümumilikdə gələcək nəsil və genofond üçün ciddi təhlükə daşıyır. Müəllif qeyd edir ki, bu ittifaqlar nəticəsində küllü miqdarda vaxtından əvvəl ölü doğulmuş və aşağı səviyyəli immuniteti olan uşaqlar dünyaya gəlir. Bu cür nikahlar nəticəsində autosom-resissiv genetik daşıyıcısı olan uşaqların doğulma ehtimalı artır. Bizim ölkədə ən geniş yayılmış genetik patologiya xəstəlik talassemiya sayılır. Eləcə də rast gəlinən genetik xəstəliklərdən – hemofiliya, Klaynfelter sindromu, kistofibroz, qlükoza-6-fosfat-deqidroqenez defisiti, axondroplaziya, feniloketonurioz və birincili immunçatışmazlıq xəstəliklərini qeyd etmək lazımdır. Müəllif yazır ki, ölkədə qohumluq nikahları gen dəyişikliyinə, onkologiya xəstəliklərinin sayını artırmışdır. Qeyd olunur ki, rəsmi qadağalarla yanaşı bu istiqamətdə maarifləndirmə işlərini aparmaq, cütlüklərlə profilaktik müsahibələr aparmaq lazımdır. Onlar bu nikahların ehtimal olunan nəticələrindən xəbərdar olmalıdırlar. Qohumlararası nikahların qadağan olunması Qanunun qəbul edilməsi sağlam cəmiyyətin yaradılması, hər bir şəxsin hərtərəfli inkişafı imkanının əldə edilməsi, Azərbaycan ailəsinə isə öz gələcəyini azad seçim, xoşbəxtlik, əmin- amanlıq əsasında öz gələcəyini qurmağa təkan verir.</jats:p>

Show More

Keywords

qeyd olunur olan ölkədə genetik

Related Articles